Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli
fərmanı ilə təsdiq edilmiş “Dövlət
qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 494; 2009, ¹ 6, maddə 419) ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı hissədə “(1 il)” sözləri “(6 ay)” sözləri ilə əvəz edilsin.
2. 10-cu hissədə “attestasiya komissiyasının tövsiyəsi” sözləri “xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci
il