Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli
fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 858; 2013, ¹ 2, maddə 109, ¹ 3, maddə 254, ¹ 4, maddə 377; 2014, ¹ 2, maddə 117, ¹ 5, maddə 486, ¹ 9, maddələr 1027, 1044, 1048; 2015, ¹ 6, maddə 708, ¹ 8, maddə 917, ¹ 10, maddə 1122; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 5, maddə 852, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 5.5.13-cü yarımbəndinə “attestasiyası” sözündən sonra “(dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci
il
Azərbaycan.- 2017.- 21 may.- S. 14.