Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli
fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti
ilə müvafiq dövlət orqanlarında dövlət
qulluğuna qəbul üçün əmək müqaviləsinin
(kontraktının) nümunəsi”ndə dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 582; 2003, ¹ 8, maddə 441; 2005, ¹ 9, maddə 800; 2009, ¹ 6, maddə 419; 2014, ¹ 7, maddə 790; 2015, ¹ 3, maddə 265) ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 2.1-ci bəndində “altı” sözü “üç” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci
il