Azərbaycan ilə Birləşmiş Ərəb
Əmirlikləri arasında ticarət əlaqələrinin
genişləndirilməsi üçün yaxşı
potensial var
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də
Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb
Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş
Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed
Əl Nəhyan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu və dinamik şəkildə inkişaf etdiyi bildirildi. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və ölkələrimiz arasında hava uçuşlarının sayının artması məmnunluqla qeyd edildi, ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
Söhbət zamanı sərmayə
qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət
zonasında Birləşmiş Ərəb Əmirliklərinin
iştirakı, neft-kimya, nəqliyyat, turizm, kənd təsərrüfatı,
səhiyyə sahələrində əməkdaşlıq
üçün yaxşı perspektivlərin olduğu
bildirildi və bu məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.