Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli
648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246, ¹ 8, maddə 909, ¹ 10, maddə 1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddələr 477, 487, ¹ 9, maddə 1027, ¹ 12, maddə 1577; 2015, ¹ 3, maddə 271, ¹ 9, maddə 1005, ¹ 11, maddə 1322, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab), maddə 273, ¹ 5, maddələr 859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1647, ¹ 11, maddə 1835) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.11-ci yarımbəndinə “yanında olan qurumların” sözlərindən sonra “dövlət qulluqçusu olmayan işçilərinin” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci il
Azərbaycan.- 2017.- 20 may.- S.9.