Azərbaycanın Müdafiə naziri
Gürcüstanda görüşlər keçirib
Gürcüstanda
səfərdə olan Azərbaycanın müdafiə naziri
general-polkovnik Zakir Həsənov mayın 21-də Tbilisidəki
Heydər Əliyev parkında Ulu Öndərin abidəsini
ziyarət edib, abidə önünə əklil qoyub.
Sonra
nazir Azərbaycanın Gürcüstandakı səfirliyində
bu ölkədəki Ağsaqqallar Şurasının rəhbərliyi,
eləcə də icma nümayəndələri və
torpaqlarımızın azadlığı uğrunda şəhid
olan qəhrəmanların valideynləri və yaxınları
ilə görüşüb. Nazir soydaşlarımıza
Prezident, Ali Baş Komandan İlham Əliyevin salamlarını
çatdırıb, Azərbaycan dövlətinin onlara daim
diqqət və qayğı göstərdiyini bildirib.
Z.Həsənov
diqqətə çatdırıb ki, torpaqlarımızın
azadlığı uğrunda şəhid olan qəhrəman Vətən
oğulları sırasında Gürcüstanda doğulub
boya-başa çatan insanlar da var. Onların bir neçəsi
orden və medallarla təltif olunub. Soydaşlarımızdan
biri - Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan Elşən
Məmmədov Azərbaycan Respublikasının “Şücaətə
görə” medalına layiq görülüb.
Nazir
medalı şəhidin atası Vaqif Məmmədova təqdim
edib. Şəhid atası Azərbaycan dövlətinin, şəxsən
Prezident və Ali Baş Komandan İlham Əliyevin diqqət və
qayğısını daim hiss etdiklərini bildirib və
oğlu ilə qürur duyduğunu vurğulayıb. O,
çıxışını “Vətən sağ olsun”
sözləri ilə bitirib.
Z.Həsənov
ötən ilin aprel döyüşlərində şəhid
olmuş pilot, “Azərbaycan Bayrağı” ordenli, Dmanisi
rayonunun Yaqublu kəndindən olan Təbriz Musazadənin əmisi
Vaqif Musazadəyə Müdafiə Nazirliyinin xatirə hədiyyəsini
verib.
Görüşdə
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov
da iştirak edib.
***
Gürcüstanda
rəsmi səfərdə olan Azərbaycan
Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
mayın 22-də bu ölkənin Müdafiə naziri cənab
Levan İzoria ilə görüşüb.
Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.
Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq bu formatda münasibətlərin ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.
Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün Müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.
Sonra Azərbaycan nümayəndə heyəti
Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında
Gürcüstanın ərazi bütövlüyü və
müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların
xatirəsinə ucaldılmış abidə önünə əklil
qoyub və onların xatirəsini yad ediblər.