Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri Zati-aliləri xanım
Tereza Meyə
Hörmətli
xanım Baş nazir,
Mançester
şəhərində törədilmiş partlayış nəticəsində
çoxsaylı insan tələfatı və yaralananlar barədə
xəbər bizi olduqca sarsıtdı.
Biz bu
amansız terror aktından son dərəcə hiddətlənir,
terrorizmə qarşı hamılıqla və qətiyyətlə
mübarizə aparılmasını zəruri və vacib hesab
edirik.
Baş
vermiş faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxınlarına, Birləşmiş
Krallığın bütün xalqına öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verir, yaralananların tezliklə
sağalmasını arzulayıram.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 23 may
2017-ci il.