Belarus Respublikasının Prezidenti
Aleksandr Lukaşenkodan
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli
İlham Heydər oğlu.
Ölkənizin
milli bayramı – Respublika Günü münasibətilə
Belarus Respublikasının xalqı adından və şəxsən
öz adımdan ən səmimi təbriklərimi qəbul
edin.
Sizin
ölkənizin müxtəlif sahələrdə
qazandığı yüksək nailiyyətlər dünya
birliyi tərəfindən etiraf edilib və bir çox
dövlətlər üçün örnəkdir. Əminəm
ki, ikitərəfli fəal dialoqun inkişaf etdirilməsi
üçün bizim birgə səylərimiz bundan sonra da
qarşılıqlı faydalı Belarus-Azərbaycan əməkdaşlığının
dərinləşməsinə və genişlənməsinə
kömək edəcək.
Hörmətli
İlham Heydər oğlu, Sizə səmimi qəlbdən
möhkəm cansağlığı və xoşbəxtlik,
yeni quruculuq uğurları, qardaş Azərbaycan xalqına isə
sülh, firavanlıq və əmin-amanlıq arzu edirəm.
Hörmətlə,
Belarus Respublikasının Prezidenti
Azərbaycan.-
2017.-25 may.- S.4.