İraq Respublikasının Prezidenti
Fuad Məsumdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab
İlham Əliyevə
Möhtərəm
cənab Prezident.
Ölkənizin
milli bayramı – Respublika Günü münasibətilə Sizi
İraq Respublikasının Hökuməti və xalqı
adından, şəxsən öz adımdan təbrik edirəm.
Bu xoş
fürsətdən istifadə edərək dost
xalqlarımızın ali mənafeyi naminə ölkələrimiz
arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin
inkişafına və möhkəmlənməsinə İraq
Respublikasının sadiqliyini bir daha təsdiq edirəm.
Cənab
Prezident, Sizə davamlı müvəffəqiyyətlər və
möhkəm cansağlığı, dost Azərbaycan
xalqına inkişaf və rifah arzulayıram.
Ən dərin hörmətlə,
Fuad Məsum
İraq
Respublikasının Prezidenti
Azərbaycan.- 2017.-25 may.- S.4.