Türkiyə
Respublikasının Baş naziri Binəli
Yıldırımdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli
cənab Prezident, əziz Qardaşım.
Azərbaycanın
milli bayramı – Respublika Günü münasibətilə
Zati-alinizə və qardaş Azərbaycan xalqına hökumətim
adından və şəxsən öz adımdan ən səmimi
təbriklərimi yetirirəm.
Türkiyə
Azərbaycanın müstəqilliyinə yenidən
qovuşduqdan sonra qısa müddət ərzində hər
sahədə əldə etdiyi yüksək nailiyyətlərdən
və sürətli inkişafdan böyük iftixar hissi
keçirir. Azərbaycanın bu nailiyyətlərini daha da
artıracağına və regionumuzda parlayan bir ulduz olmağa
davam edəcəyinə bütün qəlbimlə
inanıram. Türkiyə bu prosesdə qardaş Azərbaycan
ilə çiyin-çiyinə addımlamaqda davam edəcək.
Qısa
müddət ərzində böyük inkişaf yolu keçərək
nümunə təşkil edəcək səviyyəyə
çatan əlaqələrimizin daha da möhkəmləndirilməsi
istiqamətindəki iradəmizi bir daha vurğulamaq istəyirəm.
Fürsətdən
istifadə edərək, Zati-alinizə bir daha möhkəm
cansağlığı və xoşbəxtlik, dost və
qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və
rifah diləyirəm.
Hörmətlə,
Binəli
Yıldırım
Türkiyə
Respublikasının Baş naziri