Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə
baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə
baxılması Qaydası”nı “Azərbaycan
Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2016-cı il 30 dekabr tarixli 485-VQD nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 11, maddə 795; 2004, ¹ 1, maddə 19; 2007, ¹ 8, maddə
765; 2008, ¹ 3, maddə 168, ¹ 8, maddə 722; 2010, ¹ 8, maddə 718,
¹ 9, maddə 770; 2011, ¹ 5, maddə 378; 2015, ¹ 5, maddə 514, ¹ 9,
maddə 976; 2017, ¹ 2, maddə 201) ilə təsdiq edilmiş
“Qaçqın” statusu verilməsi haqqında vəsatətə
baxılması Qaydası”na aşağıdakı məzmunda
16-cı hissə əlavə edilsin:
“16. Şəxsə
qaçqın vəsiqəsi verilərkən Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti, eyni
zamanda, həmin şəxsi yaşayış yeri üzrə
qeydiyyata alır. Bu məqsədlə Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
haqqında Əsasnamə ilə müəyyən olunmuş sənədləri
tələb edir. Yaşayış yeri olmayan qaçqın
statusu almış şəxslər yaşayış yeri əldə
edənədək Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinin
yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 may 2017-ci
il
Azərbaycan.- 2017.- 25 may.- S. 3.