Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Giriş-çıxış və
qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamə”ni “Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2016-cı il 30
dekabr tarixli 483-VQD nömrəli Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 4, maddə 258, ¹ 12, maddə 1058; 2009, ¹ 2, maddə
75, ¹ 7, maddə 532, ¹ 8, maddə 618, ¹ 10, maddə 776; 2010, ¹ 2,
maddə 88, ¹ 7, maddə 610, ¹ 8, maddə 717, ¹ 9, maddə 770;
2011, ¹ 4, maddə 282, ¹ 10, maddə 891; 2012, ¹ 8, maddə 787;
2013, ¹ 9, maddə 1046, ¹ 11, maddələr 1321, 1339; 2014, ¹ 2,
maddə 122, ¹ 9, maddələr 1027, 1062; 2015, ¹ 2, maddə 121,
¹ 5, maddələr 521, 543, ¹ 9, maddə 989; 2016, ¹ 2, (II kitab),
maddə 228, ¹ 3, maddə 470, ¹ 5, maddələr 869, 879, ¹ 9,
maddə 1464, ¹ 10, maddə 1643, ¹ 11, maddə 1816; 2017, ¹ 2, maddə 173) ilə təsdiq edilmiş
“Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamə”nin 10.2.1.4-cü yarımbəndinə
“icazələr” sözündən sonra “, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin
uzadılması və ya onlara qaçqın statusunun verilməsi”
sözləri əlavə edilsin və həmin yarımbənddən
“, habelə əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində
müvəqqəti olma müddətinin uzadılması”
sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 may
2017-ci il