Azərbaycan
Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə
cəlb edilməsi üçün kifayət edən narkotik
vasitələrin və psixotrop maddələrin miqdarına,
habelə onların külli miqdarına görə siyahıları”nda
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 697, ¹ 12, maddə 1085; 2010, ¹ 5, maddə 382; 2016, ¹ 6, maddə 996; 2017, ¹ 2, maddə 163) ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda aşağıdakı dəyişikliklər edilsin:
“I siyahı. Narkotik vasitələr” fəslinə aşağıdakı məzmunda 31-32-ci maddələr əlavə edilsin:
31. MT-45(IC-6) 0,5 2,5
32.Asetilfentanil 0,0002 0,001
2. “II
siyahı. Psixotrop maddələr” fəslinə
aşağıdakı məzmunda 112-116-cı maddələr əlavə
edilsin:
112.alfa-pirrolidinovalerofenon
(a-PVP) 0,3 3
113. Metoksetamin
(MXE)
0,2 1
114.para-metoksimetilamfetamin
(PMMA) 0,5 2,5
115.para-metil-4-metilaminoreks
(4,4-DMAR) 0,5 2,5
116. Fenazepam
2 50
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 aprel 2017-ci il
Azərbaycan.- 2017.- 25 may.- S.4.