Tolerantlığın multikulturalizmin Azərbaycan modeli

 

Prezident İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsi təşəbbüsü dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün mühüm imkanlar açacaq

 

Qlobal məkanda son dövrlər siyasi, iqtisadi böhranların, hərbi münaqişələrin, terror təhlükəsinin artması bütövlükdə planetimizdə həm dinlərarası, həm beynəlxalq münasibətlərdə həmrəyliyə böyük ehtiyac olduğunu zərurətə çevirib.

Bu baxımdan ötən həftə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammitinin keçirilməsi qlobal əhəmiyyətli hadisə oldu. Prezident İlham Əliyevin qatıldığı sammitBirlikdə güclüyükdevizi altında keçirildi. Belə formatlı tədbir ərəb İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə birinci dəfədir ki, keçirilir. Tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm ekstremizm ilə mübarizədə rolu bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparıldı.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud sammitdə iştirak edən dövlət hökumət başçıları arasında əlaqələrin inkişafında belə bir Zirvə görüşünün keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Sammitin dünyada terrorizm ekstremizm hallarının qarşısının alınmasına, dayanıqlı sülhün təmin edilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edən Səudiyyə Ərəbistanının Kralı bu görüşü Amerika-İslam dünyası əlaqələrində mühüm mərhələ kimi xarakterizə etdi. İslam sülh tolerantlıq dinidir”, - deyən Səudiyyə Ərəbistanının Kralı İslamın hər zaman terrorizm ekstremizm hallarına qarşı çıxdığını ölkəsinin bu cür təhlükəli amillərlə mübarizədə həmişə əməkdaşlığa hazır olduğunu bildirdi.

ABŞ Prezidenti Donald Tramp ekstremizmlə mübarizənin vacibliyini vurğulayaraq bu sahədə mübarizənin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Terrorizm yolunu seçənlərin həyatının boş qısa olacağını deyən ABŞ Prezidenti bildirib ki, hər dəfə bir terrorçu günahsız insanı qətlə yetirərkən Allahın adını çəkəndə inanclı insanları təhqir etmiş olur. Donald Tramp ABŞ-ın müharibənin deyil, sülhün tərəfdarı olduğunu bildirərək ekstremizmin terrorizmin bütün təzahürləri ilə mübarizədə hələ çox görülməli olduğunu, İŞİD terror qruplaşmasının maliyyələşməsinə son qoymağın vacibliyini diqqətə çatdırıb. Donald Tramp vurğulayıb ki, günahsız müsəlmanların qətlə yetirilməsinin, qadınların sıxışdırılmasının, yəhudilərin təqibinin xristianların öldürülməsinin qarşısını almaq üçün səylər birləşdirilməlidir.

Sammitdə çıxış edən İslam ölkələrinin liderləri artıq qlobal xarakter alan terror hücumlarına qarşı birgə mübarizənin vacibliyini vurğulayaraq bu sahədə bütün ölkələrin əməkdaşlığının strateji əhəmiyyət daşıdığını bəyan etdilər. İslam aləmindəki münaqişə ocaqlarının dünyada təhlükəsizliyi təhdid etdiyini diqqətə çatdıran dövlət başçıları sülhün bərqərar olması istiqamətində tədbirlər görülməsinin mühüm olduğunu bildirdilər. Onlar dinlərarası münaqişəyə son qoyulmasının da önəmini vurğuladılar. Bu sahədə bütün müttəfiqlərlə səmərəli əməkdaşlığın tərəfdarı olduqlarını bildirərək cəmiyyətlərdə maariflənmə işlərinin aparılmasının əhəmiyyətinə toxundular. Sammit iştirakçıları vəziyyətdən çıxış yolu kimi ölkələr xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bəyan etdilər.

Prezident İlham Əliyev səfər çərçivəsində Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşdü.

Görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu dinamik şəkildə inkişaf etdiyi bildirildi. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin ölkələrimiz arasında hava uçuşlarının sayının artması məmnunluqla qeyd edildi, ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, neft-kimya, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu bildirildi bu məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ərəb-İslam-Amerika Sammitində müzakirə edilən məsələlər bir daha təsdiqlədi ki, mütəşəkkil cinayətkar fəaliyyət, xüsusilə onun təzahür formalarından olmaqla artıq milli dövlət sərhədlərini adlamış terrorizm bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükəyə çevrilib. Dünya ictimaiyyəti, xüsusilə İslam dünyası bu təhlükədən daha çox əziyyət çəkir, sivilizasiyalararası toqquşmanın təzahürü kimi İslam dininin gerçək mahiyyətinin təhrif olunmasına, onun terrorizmlə əlaqələndirilməsinə uğursuz cəhdlər edilir. Erməni terrorizmi ilə üzləşmiş Azərbaycan bu ümumbəşəri bəla ilə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini digər motivlərdən asılı olmayaraq terrorizmin bütün forma təzahürlərinə qarşı birmənalı mövqe tutur. Terrorizmin getdikcə qlobal xarakter alması öz növbəsində bu təhlükəyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi zəruriliyini artırır. Azərbaycan hökuməti hesab edir ki, uzunmüddətli planda beynəlxalq terrorizmlə mübarizənin məqsədi yalnız ayrı-ayrı terrorçu təşkilat, qrup, yaxud şəxslər deyil, həm onu doğuran səbəb mənbələrin aradan qaldırılması olmalıdır.

Dünyada İslam dininin əsl mahiyyəti barədə dolğun məlumatlar çatdırılmır səhv cərəyanların meydana gəlməsi xoşagəlməz hallara gətirib çıxarır. Terrorizmə ekstremizmə qarşı bütün dinlərin birgə hərəkət etməsi vacibdir. İslam həmrəyliyi yalnız İslam ölkələrinin həmrəyliyi demək deyil. Bu, dinindən asılı olmayaraq dünya əhalisinin dostluq, qardaşlıq multikultural şəraitdə yaşamasına, bir növ, çağırışdır. Müxtəlif ölkələrin dövlət-din məsələlərinin tənzimlənməsi üçün Azərbaycan bir modeldir. Azərbaycanda dövlət din münasibətləri yüksək səviyyədə tənzimlənir ölkəmizdə müxtəlif dinlərin dialoqu, həmrəyliyi günümüzün reallığına çevrilib. Bakı İslam tədbirlərinin vaxtaşırı keçirildiyi məkandır.

Əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış Azərbaycan bu gün İslam dünyasının önündə gedən dövlətlərdən biridir. Azərbaycan dövlətinin dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması, Vatikanda ilk dəfə müsəlman ölkəsi - Azərbaycanın sərgisinin təşkili ümumislam mədəniyyətinə olan töhfədir. Roma Papasının Azərbaycana ötən il etdiyi səfər ölkəmizin multikulturalizm dəyərlərinə verilən qiymətdir.

2017-ci ilinİslam həmrəyliyi ilielan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək. İslam həmrəyliyi iliçərçivəsində görüləcək işlərdə təkcə din amili nəzərə alınmayıb. Din burada müəyyən rol oynayır, amma İslam ölkələrinin müxtəlif sahələrdə bir-birinə dəstəyi nəzərdə tutulan fəaliyyət istiqaməti olacaq. Qlobal aləmdə siyasi sosial kataklizmlərin yaşandığı bir şəraitdə, ən əsası isə İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda irəli sürülən bu təşəbbüs dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün mühüm imkanlar açacaq.

Azərbaycan Prezidentinin sərəncamı ilə 2017-ci ilinİslam həmrəyliyi ilielan edilməsi bütün müsəlman aləminə dünyaya xoşməramlı bir mesaj oldu. Müsəlman dünyasında baş verən siyasi proseslərə, hərbi münaqişələrə, demoqrafik böhrana, Qərbdə artan islamofobiya meyillərinə toxunaraq vurğulayıb ki, bütün bunlar mədəniyyət amilinin əhəmiyyətini artırır. Bu problemlərin həlli yolları mədəniyyət vasitəsilə axtarılmalıdır.

Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır. Bakı şəhərinin 2009-cu, Naxçıvan şəhərinin isə 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin təşkilatçısı kimi Azərbaycanın seçilməsi qeyd olunan faktların məntiqi nəticəsidir. Bu sahədə UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır.

Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası, dini dözümlülük, birgəyaşayış ənənəsi, həmrəylik ideyasının təşviqi ilə bağlı regional və beynəlxalq konfransların, yüksəksəviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. “İslam həmrəyliyi ili” müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək, həmrəy olması məsələsini özündə əks etdirironlar arasında düşmənçilik salmaq istəyənlərə tutarlı cavabdır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.-26 may.- S.1; 5.