İslamiada paytaxtı
Avropa Qran-prisinə hazırlaşır
500 milyon insan Bakı
Şəhər Halqasında
təşkil olunacaq möhtəşəm yarışı
izləyəcək
Son illər
böyük inkişaf
yolu keçən Azərbaycan bir çox sahələrdə
mühüm uğurlara
imza atıb. İndiyədək ölkəmizdə beynəlxalq
təşkilatların çoxlu
sayda tədbirləri keçirilib. Bu, dünya miqyaslı idman turnirlərinə də aiddir.
Bir sıra beynəlxalq idman tədbirlərinə
uğurla evsahibliyi edən paytaxtımız bu günlərdə daha bir mötəbər
yarışı - IV İslam
Həmrəyliyi Oyunlarını
yüksək səviyyədə
təşkil etməklə
dünyaya növbəti
dəfə nümunə
göstərdi. Beynəlxalq ictimaiyyət bir
daha Azərbaycanın
iqtisadi qüdrətinin,
müasir şəhər
infrastrukturunun, qlobal tədbirləri yüksək
səviyyədə təşkil
etmək əzminin, təhlükəsiz ölkə
olmasının, ən
nəhayət, yüksək
tolerantlığının və qonaqpərvərliyinin
əyani şahidi oldu.
54 ölkədən
3 mindən çox atletin mübarizə apardığı İslamiadada
Azərbaycan növbəti
dəfə idman dövləti olduğunu göstərdi. 75 qızıl,
50 gümüş, 37 bürünc
olmaqla 162 medal qazanan idmançılarımız İslam
dünyasının lideri
oldular. Azərbaycan mötəbər yarışla təkcə
yüksək evsahibliyi
nümunəsi ortaya qoymadı. Həm də sübut
etdi ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.
Odlar ölkəsində
sürət festivalı
başlayır
Azərbaycan növbəti möhtəşəm
idman tədbiri ərəfəsindədir. İyunun 23-25-də paytaxtımızda “Formula-1” Azərbaycan
Qran-prisi keçiriləcək.
Sürət və adrenalin sevən
Azərbaycan azarkeşləri
Bakı Şəhər
Halqasında təşkil
olunacaq möhtəşəm
yarışdan zövq
alacaqlar.
Qeyd edək ki, birnəfərlik,
açıq təkərli
avtomobil yarışları
üzrə dünya çempionatı olan
“Formula-1” 1950-ci ildən etibarən
müntəzəm olaraq
keçirilir. Beynəlxalq Avtomobil Federasiyasının
müəyyən etdiyi
qaydalara əsasən təşkil olunur.
“Formula-1” il ərzində müxtəlif
ölkələrdə keçirilən
mərhələlərdən ibarət olur.
Hər mərhələyə Qran-pri
adı verilir. İlin sonunda
bütün Qran-prilərdən
toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Misal olaraq, ötənilki mövsümə
mükəmməl başlanğıc
etməklə ardıcıl
4 yarışın qalibi
olan “Mercedes” komandasının
pilotu Niko Rosberq 3 yarış sonrası Bakıda ilk dəfə keçirilən
Avropa Qran-prisində inamlı qələbə
qazandı və çempionatda liderliyini qoruyub saxladı.
Gələn ay təşkil olunacaq
“Formula-1” Azərbaycan Qran-prisində
dünyanın ən məşhur pilotları birincilik uğrunda mübarizə aparacaqlar. Möhtəşəm
yarışda dünya
çempionu adını
qazanmış bir neçə pilot iştirak
edəcək.
Ötən il Bakıda start götürən sürət
yarışının növbəti
Bakı mərhələsinə
artıq bir aydan da az
vaxt qalıb. Buna görə də
hazırda “Formula-1” bolidlərinin
şütüyəcəyi Bakı trekində ciddi hazırlıq işləri aparılır.
Xatırladaq ki, ötən il
Bakıda keçirilən
“Formula-1” Avropa Qran-prisinin
yüksək səviyyədə
təşkili Azərbaycanın
beynəlxalq nüfuzunu
daha da artırdı.
Dünyada yarım milyard
tamaşaçı auditoriyası
olan bu yarışın
Bakıda keçirilməsi
ölkəmizin beynəlxalq
idman aləmində qazandığı uğurları
əks etdirdi. I Avropa Oyunlarından
sonra “Formula-1” kimi mühüm yarışın
Bakıda keçirilməsi
Azərbaycanın idman
dövləti olduğunu,
bu missiyanın ölkəmizin timsalında
hər zaman özünü doğrultduğunu
təsdiqlədi.
Dünyanın ən uzun 2-ci treki pilotları gözləyir
Uzunluğu 6 kilometrdən bir qədər artıq olan Bakı Şəhər Halqası,
trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə
sahib Bakı Şəhər
Halqası elə təşkil olunub ki, yarış zamanı “Formula-1” avtomobilləri
UNESCO-nun Ümumdünya İrsi
siyahısına daxil olan İçərişəhər
tarixi-memarlıq qoruğunu,
şəhərin müasir
göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən
Bakının ecazkar simasını əhatə
edəcək.
Bakı Şəhər Halqası
şəhərin tam mərkəzindən
və ən gözəl məkanlarından
keçir. Təşkilatçılar trekin marşrutunu
seçərkən məhz
bu məqamı qarşıya məqsəd
qoymuşdular. Bundan başqa,
trekdə yarış
avtomobillərinin hərəkəti
saat əqrəbinin əks istiqamətində olacaq. Trekin ən geniş
yeri 13 metrdir. Ən dar hissəsi trekin İçərişəhər
ətrafında olan bölmələrində, o cümlədən
7-ci və 8-ci döngələrdə
7.6 metr təşkil edəcək. Start və
Finiş xətti Azadlıq meydanında olacaq.
Asfalt örtüyü
yarış üçün
hazır vəziyyətə
gətirilib
Aprel ayının 15-dən etibarən
Bakı trekini əhatə edən asfalt örtüyünün
yarışa hazır
vəziyyətə gətirilməsi
məqsədilə təmir-bərpa
işlərinə başlanılıb. Aparılan
hazırlıq işləri
ilə yaxından tanış olmaq üçün Bakı trekinə yollandıq. Trekə daxil olan yolların kənarlarına
artıq beton bəndlər yerləşdirilib
və setkalar çəkilib. Asfalt örtüyündə
kiçik bərpa işləri də tamamlanıb. Bakı Şəhər
Halqası üzrə
Niyazi küçəsində
yolun daşlı hissəsinə asfalt örtüyü çəkilib.
Ümumiyyətlə, trekin əhatə olunduğu yollarda kiçik təmir-bərpa
işləri mayın
1-dək tamamən yekunlaşıb. İndi əsasən
tamaşaçı tribunalarının
bəlli yerlərdə
quraşdırılması prosesi gedir. Eyni zamanda, trek boyunca müxtəlif “Formula-1” lövhələrinin
və piyada keçidlərinin quraşdırılması
işləri aparılır.
Trekin asfalt qatının yarışa hazır vəziyyətə gətirilməsi
ilə əlaqədar
aparılan işlər
üç mərhələdə
həyata keçirilib. İlkin mərhələdə
19 aprel tarixədək
trekin 15 və
16-cı döngələri arasında yerləşən
daşlı hissəsinə
qoruyucu qat çəkilərək yol
hamarlaşdırılıb. 20-23 aprel tarixlərini
əhatə edən ikinci mərhələdə
daşlı hissəyə
sonuncu asfalt qatı çəkilib.
Asfalt çəkilişinin sürətli
şəkildə reallaşdırılması
üçün 15-23 aprel
tarixləri ərzində
trekin İstiqlaliyyət
küçəsinin Şeyx
Şamil küçəsi
ilə kəsişməsindən
Niyazi küçəsinədək
olan hissəsi və həmçinin buradan da Azneft
dairəsinədək olan
hissəsi nəqliyyatın
hərəkəti üçün
bağlı olub.
Sonuncu mərhələyə
23 aprel tarixində
start verilib. Bu mərhələdə Bakı
Şəhər Halqasının
bütün asfalt örtüyünə ümumi
baxış keçirilib
və ehtiyac olan yerlərdə təmir-bərpa işləri
aparılaraq trekin asfalt hissəsi yarış üçün
tam hazır vəziyyətə
gətirilib.
Əməliyyat şirkəti
tərəfindən 23-25 iyun
tarixlərində Bakıda
baş tutacaq növbəti “Formula-1” yarışı
trekinin keçdiyi küçələrdə nəqliyyat
vasitələrinin və
piyadaların fasiləsiz
hərəkətinin təmin
olunmasına xüsusi
diqqət yetirilir. Belə ki, müvafiq piyada keçidi və döngələrdə
yol kənarlarına düzülmüş beton
sədlər tamam qapadılmayıb. Odur ki, həm piyadalar, həm də avtomobillər trekin istənilən hissəsində
hərəkətlərini davam
etdirə bilirlər.
30 min tamaşaçı yarışları
eyni vaxtda canlı izləyəcək
Trek boyu hərəkət edərkən
qarşılaşdığımız paytaxt sakinləri, eləcə də sürücülərlə söhbətləşdik.
“Formula-1” yarışlarına
hazırlıqla bağlı
görülən işlərin
onlarda hər hansı bir narahatlıq yaradıb-yaratmaması
ilə maraqlandıq.
Bildirdilər ki, müəyyən
küçələrdə hərəkətin məhdudlaşdırılması,
yaxud texniki avadanlıqların səsi
onlara elə də mane olmur. Bunun müvəqqəti olduğunu
başa düşürlər.
Əvəzində ölkəmizdə belə bir mötəbər
beynəlxalq tədbirin
keçirilməsi ilə
qürur duyurlar.
Şəhər sakini Aqil Məmmədovun sözlərinə görə,
o, ötən il müəyyən səbəblərə görən
“Formula-1” yarışlarına canlı baxa bilməyib. Amma bu dəfə
yarış həyəcanını
yaşamaq üçün
bilet almağı planlaşdırır.
Taksi sürücüsü Sabir Məmmədov isə bu il də yarışların yüksək səviyyədə keçirilməsi üçün ölkəmizə uğurlar arzuladı: “Ötən il keçirilən “Formula-1” yarışlarına mən böyük maraqla baxdım. Bildiyimə görə, bu yarışa dünyada böyük həvəs göstərənlər var. Bu yarış harada keçirilirsə, həmin ölkəyə səfər edirlər. Bunun nəyi pisdir?! Qoy gəlsinlər, Bakını görsünlər, ölkəmizi tanısınlar”.
Ötən il olduğu kimi, bu il də 20 minə yaxın oturacaqlı tribunalardan əlavə, yarışı ayaqüstü izləməyə imkan verən ərazilər daxil olmaqla ümumilikdə 30 minə qədər tamaşaçı eyni vaxtda yarışları canlı izləyə biləcək.
Beləliklə, son iki il ərzində I Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazan, dörd qitənin İslam dünyasının insanlarını Bakıda birləşdirən ölkəmiz bu dəfə də bütün dünyanın sürət məkanına və diqqət mərkəzinə çevrilərək yenidən adını tarixə yazacaq. Belə mötəbər yarışın Bakıda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları növbəti dəfə nümayiş etdirəcək və ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcək.
Elgün MƏNSİMOV,
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.- 26 may.- S.1;5.