Ə.A.Zeynallının
Azərbaycan Respublikasının İsveçrə
Konfederasiyasında və eyni zamanda Lixtenşteyn
Knyazlığında fövqəladə və səlahiyyətli
səfiri vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 may 2017-ci il
Azərbaycan.- 2017.-26 may.- S.2.