Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Gününün növbəti ildönümü münasibətilə Meksika xalqı adından Sizə ən səmimi təbriklərimi ifadə etməkdən şərəf hissi duyuram.
Sizi əmin edirəm ki, Meksika Birləşmiş Ştatları ölkələrimiz və xalqlarımız arasında dostluğun, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə daim sadiq qalacaq.
Sizə dərin ehtiramımı ifadə edir və səmimi salamlarımı çatdırıram.
Hörmətlə,
Enrike Penya Nieto
Meksika Birləşmiş Ştatlarının Prezidenti
Azərbaycan.- 2017.- 26 may.- S.3.