Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Zati-alinizi, Sizin vasitənizlə hörmətli Azərbaycan hökumətini və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Gününün qeyd olunması münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə xalqımıza qardaşlıq dəstəyi göstərdiyinizə, onun problemi ilə maraqlandığınıza, müstəqil Fələstin Dövlətinin qurulması yolunda xalqımızın yanında yer aldığınıza görə çox təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza və qardaş ölkənizə daha çox tərəqqi və rifah, həmçinin qardaşlıq əlaqələrimizin daha da inkişaf etməsini arzu edirəm.

Hörmətlə,

 

Mahmud Abbas

Fələstin Dövlətinin Prezidenti,

Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri

 

Azərbaycan. - 2017.- 26 may.- S.3.