Xanım Emiliya Beneşə
Hörmətli xanım Beneş.
Həyat yoldaşınız – görkəmli
dövlət xadimi və ictimai-siyasi xadim Zbiqnev Bjezinskinin
vəfatı xəbəri
bizi olduqca kədərləndirdi.
Zbiqnev Bjezinski uzun illərdən bəri davamlı və səmərəli fəaliyyəti,
zəngin təcrübəsi
və yüksək peşəkarlığı ilə
beynəlxalq aləmdə
böyük nüfuz qazanmışdır. O, dərin strateji araşdırmaları,
hərtərəfli siyasi
təhlilləri ilə
dünyada sülhün,
təhlükəsizliyin və
sabitliyin bərqərar
olması, münaqişələrin
və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal
təhdidlərin qarşısının
alınması işinə
mühüm töhfələr
vermişdir.
Zbiqnev Bjezinski Azərbaycanın dostu idi. Ona Azərbaycanda
hər zaman böyük rəğbət
bəslənilib. Ölkəmiz müstəqillik əldə
etdikdən sonra Azərbaycan Respublikası
ilə Birləşmiş
Ştatlar arasındakı
münasibətlərin inkişafında,
dostluq əlaqələrimizin
möhkəmlənməsində Zbiqnev Bjezinskinin əvəzsiz xidmətləri
olmuşdur.
Atam Prezident Heydər Əliyevlə aralarında
mövcud olmuş səmimi dostluq münasibətlərini ailəmizdə
həmişə yüksək
tuturuq, ən xoş təəssüratlarla
xatırlayırıq.
Bu ağır
anlarda dərdinizi bölüşür, Mehriban
xanım ilə birlikdə Sizə və ailənizin bütün üzvlərinə
dərin hüznlə
başsağlığı veririk.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 27 may 2017-ci il.
Azərbaycan.- 2017.-28 may.- S.2.