“Made in Azerbaijan” Belarusda nüfuzlu brendə çevrilir

 

Minskdə Azərbaycan Ticarət Evi açılıb

 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ötən ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlərlə yanaşı, qısa müddət ərzində hər iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, Belarusda Azərbaycan Ticarət Evinin yaradılması, bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı emal sənayesi məhsullarının Azərbaycandan idxal olunması barədə tapşırıqlar verilib.

Verilmiş tapşırıqların icrası olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Belarus Respublikasının paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 m2 olan Azərbaycan Ticarət Evinin təşkili işləri başa çatdırılıb. Ticarət Evinin idarə edilməsi məqsədiləAzərbaycan Ticarət Evi” MMC yaradılaraq Belarus Respublikasında dövlət qeydiyyatına alınıb.

Belarus Respublikasında Azərbaycan Ticarət Evinin rəsmi açılışı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Belarus Nazirlər Şurası sədrinin müavini Vladimir Semaşko ilə görüşü olub.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan ilə Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər, xarici şirkətlərin, o cümlədən Belarus adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şərait barədə məlumat verilib.

Qeyd edilib ki, ölkələrimiz arasında 30-dan çoxu iqtisadi sahəyə aid olmaqla, ümumilikdə 100-dən artıq sənəd imzalanıb. Azərbaycanda Belarus kapitallı 30, Belarusda isə Azərbaycan sərmayəli 60 şirkət fəaliyyət göstərir. Bildirilib ki, Bakıda Belarus istehsalı olan ərzaq məhsullarının satıldığı dörd mağaza fəaliyyət göstərir, həmçinin Gəncə Avtomobil Zavodu kənd təsərrüfatı texnikasının istehsalı sahəsində Belarus müəssisələri ilə sıx əməkdaşlıq edir.

Bununla belə, İKT, turizm, ticarət əlaqələrinin genişləndirilməsi, əczaçılıq kənd təsərrüfatı sahələrində birgə müəssisələrin təşkili, Belarus şirkətlərinin Azərbaycanda yaradılmış sənaye zonalarında aqroparklarda iştirakı, maşınqayırma sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Belarusda Azərbaycan Ticarət Evinin açılmasının ticarət-iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyəti diqqətə çatdırılıb.

Belarus Nazirlər Şurası Sədrinin müavini Vladimir Semaşko Azərbaycan ilə iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu, Belarus Azərbaycan prezidentlərinin tapşırıqlarına uyğun olaraq hazırda istehsal sahəsində əməkdaşlığın miqyasının genişləndirilməsi üzrə tədbirlərin həyata keçirildiyini, qarşılıqlı investisiya layihələrinin sayının artdığını vurğulayıb, Azərbaycan Ticarət Evinin əməkdaşlığın inkişafında rolunu qeyd edib.

Görüşdə Azərbaycan-Belarus ticarət-iqtisadi əlaqələrinin daha da genişləndirilməsi, ixracın, o cümlədən tütün ixracının artırılması, Belarusa ixrac olunan spirtli içkilər üçün lisenziya tələbində güzəşt edilməsi, Azərbaycan investisiyalı logistika mərkəzinin ərazisində gömrük məntəqəsinin yaradılması s. məsələlər müzakirə olunub.

Sonra hər iki ölkənin dövlət hökumət nümayəndələrinin, o cümlədən Azərbaycan-Belarus Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, həmçinin adamlarının iştirakı ilə Azərbaycan Ticarət Evinin açılışı olub.

Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Belarusda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Artıq Azərbaycan Ticarət Evi tərəfindən bu işlərə başlanılıb. Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək kosmetika malları s.) nümayiş olunur.

Tədbirdə dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verdiyi vurğulanıb, Azərbaycan-Belarus əlaqələrinin qarşılıqlı dostluq tərəfdaşlıq prinsipləri üzərində qurulduğu, əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin biznes dairələrinin qarşılıqlı səfərləri, eləcə birgə investisiya layihələrinin uğurlu icrası bunları deməyə əsas yaradır. Belə layihələrdən biri Belarusda Azərbaycan Ticarət Evinin yaradılmasıdır.

Nazir Ş. Mustafayev Minskin gözəl guşələrindən birində Azərbaycan Ticarət Evinin açılmasının iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verəcəyini vurğulayıb, göstərilən dəstəyə görə Belarus hökumətinə minnətdarlıq edib.

Belarusun xarici İşlər naziri Vladimir Makey Azərbaycan nümayəndə heyətinin Belarusa səfərindən məmnunluğunu bildirib, belə səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini qeyd edib. Belarusun Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edən Vladimir Makey potensial əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Belarus xarici işlər naziri Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu bildirib.

Azərbaycanın Belarus Respublikasındakı səfiri Lətif Qəndilov vurğulayıb ki, Azərbaycan artıq “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxır. Belarusda açılan Azərbaycan Ticarət Evi buna bir misaldır. Səfir bildirib ki, Azərbaycan məhsulları Belarusda yaxşı tanınır. Azərbaycan Ticarət Evinin açılması Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirib ki, Belarus Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Azərbaycan Ticarət Evi iki ölkə arasında iqtisadi əlaqələri daha da genişləndirəcək Azərbaycandan Belarusa mal ixracını artıracaq, ixracın strukturunun şaxələndirilməsinə əlavə stimul verəcək.

TədbirdəAzərbaycan Ticarət Evi” MMC ilə Belarus Respublikasının İstehlak Cəmiyyətləri İttifaqı (“Belkoopsoyuz”), “Harvist Milk” MMC Praym Rezerv” MMC, həmçinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Belarus Respublikasının Sənaye Müəssisələrinin Respublika Assosiasiyası (“BelAPP”) arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.

Açılış mərasimində Azərbaycan incəsənət ustalarının ifasında muğam milli musiqimiz səsləndirilib.

Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Evi burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar. Azərbaycan nümayəndə heyəti Belarusa səfər çərçivəsində həmçinin, Azərbaycan investisiyalı Logistika Mərkəzində olub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.-28 may.- S.5.