Donald Trampdan İlham Əliyevə tam dəstək
ABŞ Azərbaycan Prezidentini fəal tərəfdaş
elan etdi və onunla daha gözəl gələcək naminə
birgə fəaliyyət
yürüdəcəyini rəsmən
açıqladı
Azərbaycanla ABŞ arasında
diplomatik münasibətlərin
tarixi bu ilin fevralında 25 il oldu.
Bu müddətdə demokratları və ya respublikaçıları
təmsil etməsindən
asılı olmayaraq dünyanın fövqəldövlətinə
rəhbərlik etmiş
bütün prezidentlər
və onların administrasiyaları Azərbaycanla
münasibətlərə yüksək
ehtiramla yanaşıb.
Bərabərhüquqlu və qarşılıqlı
ikitərəfli münasibətlər
tədricən strateji
tərəfdaşlıq səviyyəsinə
qədər yüksəlib.
Son prezident
seçkilərindən sonra
ABŞ-ın digər
ölkələrlə münasibətlərinin
davamının hansı
məcrada olacağı,
Vaşinqtonun siyasətində
hansı dəyişikliklərin
baş verəcəyi
beynəlxalq gündəmin
əsas müzakirə
mövzularından biri
idi. Bu gün görünən
odur ki, Vaşinqtonun xarici siyasətində, beynəlxalq
müstəvidə bir
sıra məsələlərə
yanaşmasında korrektələr
edən yeni Prezident Donald Tramp və onun administrasiyası Ağ evin illərdən
bəri formalaşmış
xarici siyasi xəttini keyfiyyətcə
yeni çərçivədə
həyata keçirmək
istəyir.
Azərbaycanla münasibətlərə
gəldikdə isə
Donald Trampın prezidentliyə
başlamasından sonra
rəsmi Bakı ilə Ağ ev arasında
yüksək səviyyəli
təmas olmayıb. Siyasi dairələrdə və
kütləvi informasiya
vasitələrində iki
ölkənin münasibətlərinin
gələcək inkişafı
ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də,
Prezident Donald Trampın
Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı
təbrik məktubu bütün suallara nöqtə qoydu. Çünki bu məktub
göstərdi ki, Azərbaycanla əlaqələri
yüksək qiymətləndirən
ABŞ-ın yeni Prezidenti münasibətlərin
daha da inkişafının
tərəfdarıdır.
Respublika Günü
münasibətilə Prezident
İlham Əliyevi və Azərbaycan xalqını ABŞ xalqı
adından təbrik edən Donald Trampın məktubunda yazılır:
“Azərbaycan Amerika Birləşmiş Ştatlarının
dəyərli tərəfdaşıdır.
Biz birgə səylərimizlə
terrorizmə qarşı
mübarizə apararaq
qlobal təhlükəsizliyi
möhkəmləndirmək üçün çalışırıq.
Biz Azərbaycan xalqının yanındayıq
və təhlükəsizlik,
iqtisadi əməkdaşlıq
və demokratik prinsiplər sahəsində
dialoq vasitəsilə
münasibətlərimizin möhkəmləndirilməsinə
sadiqik”.
Göründüyü kimi, ABŞ-ın xarici siyasətində bir sıra məsələlərlə
bağlı rəhbərliyə
başladığı ilk günlərindən
kardinal dəyişikliklər
edən Ağ evin yeni sahibi
Azərbaycanla əvvəlki
dönəmdə formalaşmış
əməkdaşlıqdan təkcə
məmnunluğunu ifadə
etməklə kifayətlənmir. Həm də
əlaqələrin inkişafından
söz açır.
Bu da səbəbsiz
deyil. Çünki ABŞ-ın yeni
rəhbərliyi bu gün Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu qəbul edir, olduqca strateji
və beynəlxalq maraqların toqquşduğu
bir coğrafiyada yerləşən ölkəmizin
yeritdiyi müstəqil
siyasəti görür.
Donald Trampın rəhbərliyi ilə yeni ABŞ administrasiyası
da sələfi kimi həm də
onu qəbul edir ki, bu
ərazilərdə iqtisadi
maraqları olan dövlətlər özlərinin
bütün addımlarını
Azərbaycanın maraqlarını
nəzərə almaq
şərti ilə atırlar. Beləliklə, Birləşmiş Ştatların yeni Prezidentinin Azərbaycana bir qədər fərqli, daha dəqiq desək, strateji tərəfdaşlıq
prizmasından yanaşması
bir daha Azərbaycanın bölgədəki
üstün mövqeyini
təsdiq edir.
Qeyd edək ki, Prezident
İlham Əliyevin ölkəmizə rəhbərliyə
başlamasından sonra
həyata keçirilən
iqtisadi islahatlar və qazanılan uğurlar bir çox dövlətlərin
diqqətini cəlb edib. Ulu öndər Heydər
Əliyevin yeni neft strategiyasının uğurla reallaşmasını
təmin edən Prezident İlham Əliyev neft gəlirlərindən səmərəli
istifadə etməklə
Azərbaycan iqtisadiyyatını
inkişaf yoluna çıxarıb. Və indi
də davam edən islahatlar öz nəticəsini verməkdədir. İqtisadi və
sosial sferada əldə olunan uğurlar həm ölkəmizin enerji siyasətinin təntənəsi,
həm də düşünülmüş iqtisadi siyasətin nəticəsidir. ABŞ isə Azərbaycanın enerji sahəsində əsas tərəfdaşlarından
biridir. Məktubunda
bu sahədəki əməkdaşlığa görə
ölkəmizin başçısına
minnətdarlığını ifadə edən, Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsi istiqamətində işləri
qiymətləndirən Donald Tramp həm də daha gözəl gələcək naminə
Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləmək arzusunda olduğunu bildirir: “Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və biz bu sahədə uzunmüddətli
və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı
şaxələndirmək istiqamətində
gördüyünüz işlərlə
bərabər, biz ölkələrimiz
arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını
istəyirik. Amerika Birləşmiş
Ştatları, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir.
Mən bu mühüm tarix münasibətilə
Sizi təbrik edirəm və həm ölkələrimiz,
həm də dünya üçün daha gözəl gələcək naminə
Sizinlə fəal tərəfdaşımız kimi
işləməyi səbirsizliklə
gözləyirəm”.
Ötən həftə
Səudiyyə Ərəbəbistanının
paytaxtı Ər-Riyadda
keçirilən Ərəb-İslam-Amerika
Sammiti son dövrlərdə
daha da gərgin
xarakter alan
islam-xristian sivilizasiyalarının
gələcək münasibətlərinin
müəyyən edilməsi
ilə bağlı mühüm hadisə oldu. Eyni zamanda zirvə
görüşünün qlobal miqyasda baş verən məlum proseslərdə dönüş yaradacağı
ehtimalı da yüksəkdir. Həmin
sammitdə çıxışı
zamanı D.Tramp demişdi: “Biz bura mühazirə oxumaq üçün, başqalarına
necə yaşamalı
olduqlarını demək
üçün gəlməmişik.
Yaxşı gələcək naminə birgə maraqlar və dəyərlərə əsaslanan
tərəfdaşlıq üçün
burdayıq”.
ABŞ dövlət
başçısının cənab İlham Əliyevə ünvanladığı
məktubda da bu ifadələrin yer alması göstərir ki, Donald
Tramp Azərbaycan Prezidentinin
İslam həmrəyliyi
yaratmaq, sivilizasiyalararası
dialoqu inkişaf etdirmək, terrorizmə qarşı daha effektiv mübarizə aparmaq barədə təşəbbüslərini yüksək
qiymətləndirir. Ən əsası
Donald Tramp Prezident İlham
Əliyevi bu sahədə lider olaraq qəbul edir. Bu həm
də onu göstərir ki, Donald Trampın və digər müsəlman dövlətlərinin rəhbərlərinin
sammitdə irəli sürdükləri tezislərin
İlham Əliyev tərəfindən illər
öncədən gerçəkləşdirilməsinə
başlanılması beynəlxalq
səviyyədə diqqətdən
yayınmır.
Öz növbəsində
Prezident İlham Əliyev mayın 26-da “Buta” sarayında Respublika Günü münasibətilə rəsmi
qəbulda Donald Trampın
Ərəb-İslam-Amerika Sammitindəki
fikirlərini yüksək
qiymətləndirərək deyib: “Təqdirəlayiq haldır ki, Amerika Prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman
ölkəsinə edibdir.
Biz bunu Azərbaycanda
yüksək qiymətləndiririk.
Hesab edirəm ki, bu, bütün müsəlman aləminə
Amerika Prezidenti tərəfindən göstərilən
böyük hörmətin
əlamətidir. Yəni bu
səfərin və Zirvə görüşünün
təşkilinin özü
artıq böyük hadisədir və orada Amerika Prezidenti
tərəfindən səslənən
fikirlər, əlbəttə
ki, çox yüksək qiymətləndirilməlidir.
Xüsusilə o demişdir ki,
Amerika Birləşmiş
Ştatları bundan sonra müsəlman ölkələrinin daxili
işlərinə qarışmayacaq,
onlara öyüd-nəsihət
verməyəcək, onlara
mühazirə oxumayacaq.
Bu, çox ciddi
bəyanatdır və
deyə bilərəm
ki, Zirvə görüşünün demək
olar bütün iştirakçıları bu
bəyanatları yüksək
qiymətləndiriblər, o cümlədən Azərbaycan”.
Həm Donald Trampın məktubu, həm Prezident İlham Əliyevin sözləri onu deməyə əsas verir ki, Azərbaycan-ABŞ
münasibətləri bundan
sonra da bərabərhüquqlu və
strateji formatda davam edəcək. Əlaqələrin bu şəkildə inkişafı isə hər iki dövlətin
maraqlarına uyğun
olmaqla yanaşı, beynəlxalq səviyyədə
sülhə və təhlükəsizliyə böyük
töhfə verir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-
2017.-28 may.- S.1.