“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi başa
çatıb
“Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi növbəti iş gününü ayrı-ayrı bölmələrdə davam etdirib.
AZƏRTAC xəbər verir ki, konqresin "Ürək çatışmazlığı" bölməsi kardioloqlar Firuz Kazımov, Eldəniz Əliyev, Mehman Ağamalıyev, İsfəndiyar İsmayılov və Ruslan Nəcəfovun sədrliyi ilə keçib.
Bölmədə Yuriy Pyanın "LYAD- Ürək plantasiyasına alternativ kimi", Abbasəli Abbasəliyevin "Ürək çatışmazlığ-2017" və Musa Qəhrəmanovun "Aşağı atım fraksiyalı xəstələrdə revaskulyarizasiya qərarı" mövzusunda məruzələri dinlənilib.
Elməddin Əliyev, Cəmil Babayev, Firdovsi İbrahimov və Tofiq Cahangirovun sədrliyi ilə keçən “Qapaq 1” bölməsində Anar Əmrah “İnfektiv endokarditin cərrahi müalicəsi”, Oqtay Musayev “Keçmişdən bu günə: qapaq trombozları və Vüqar Qapaqov “Aort qapaq qoruyucu əməliyyatları” mövzusunda məruzə ediblər.
“Anadangəlmə ürək qüsurları 2” bölməsi tanınmış kardioloqlar Natiq Mirzəyev, İbrahim İsayev, Şahin Xəlilov və Elnur Həsənovun sədrliyi ilə aparılıb. Andreas Petropulosun “Erkən diaqnostika və müalicədə pediatrik kardioloqun rolu”, Nabil Seyidovun “Neonatal screening proqramı: kritik anadangəlmə ürək qüsurlarının aşkar edilməsi üçün puls-oksimetriya testi”, Vəli Behbudovun “Kritik ürək xəstəlikləri” və Kamran Əhmədovun “Sianotik ürək qüsurlarında sistemik-pulmonar şunt proseduru” mövzusunda məruzələri dinlənilib.
Fasilədən sonra konqres Cabir Gülmalıyev, İsax Mustafayev, Rafiq Yusifli və Mirəli Məcidovum sədrliyi ilə “Qapaq 2” bölməsində işini davam etdirib. Fuad Səmədovun “Mitral qapağın əməliyyatqabağı dəyərləndirilməsi”, Seymur Musayevin “İşemik mitral qapaq çatışmazlığı olan xəstələrə cərrahi yanaşma” və Solxan Lominadzenın “İşemik mitral çatışmazlığı cərrahiyyəsi: rezidual MÇ-nin uzun dönəm nəticələrinə təsiri” mövzusunda məruzələri ətrafında müzakirələrdən sonra konqresin son “Koronar 2” bölməsi keçirilib.
Həmin bölməyə kardioloqlar Özgür Kocamaz, Ziya Səlimov, Əhməd Babayev, Rəfael Daşdəmirov və Vüqar Qapaqov sədrlik ediblər. Bölmədə Mehman Ağamalıyev “Koronar arteriya perforasiyalarında müdaxilələr”, Elnur İsayev “Koronar müdaxilələrin ziddiyyətləri. Son araşdırmalar bizi hara aparır?”, Elnur Azadxanov “Koronar arteriyalrın anamoliyaları” və Ramil Əliyevin “ÜİX-nin mexaniki ağırlaşmalarının cərrahi müalicəsi” mövzularında məruzə ediblər.
Bölmələrdə oxunan interaktiv məruzələr dinləniləndən sonra maraqlı müzakirələrə səbəb olub. Həkim-kardioloqlar konqresdə dinlənilən məruzə və aparılan müzakirələrdən özlərinin gələcək peşə fəaliyyətlərində onlara lazım olan xeyli zəruri məlumat əldə ediblər.
Konqres başa çatandan sonra iştirakçıları
sertifikatlar verilib.
Bununla
da xalqımızın ümummilli
lideri Heydər Əliyevin anadan
olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” V
Beynəlxalq Konqresi öz
işini başa
çatdırıb.
Azərbaycan.-
2017.-31 may.- S.8.