Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı, Hökuməti adından və şəxsən öz adımdan təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

II Abdullah

İordaniyanın Kralı

 

Azərbaycan.- 2017.- 31 may.- S.2.