Bakıda "İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda konfrans keçirilib

 

Mayın 30-da Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə "İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı konfransı açaraq dövlət-özəl sektor dialoqu və əməkdaşlığının davamlı iqtisadi artımın təmin olunmasında özəl sektorun rolunun gücləndirilməsi üçün əlverişli imkanlar yaratdığını deyib. O bildirib ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" Azərbaycanda islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir. Qeyri-neft ixracı ilk 4 ayda 22 faiz artıb, manatın sabitliyi ilə bağlı uğurlu nəticələr əldə edilib.

AmCham-ın prezidenti Nuran Kərimov qeyd edib ki, qlobalregional səviyyədə mürəkkəb iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, o cümlədən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi" ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Özündə 260-dan çox xariciyerli investoru birləşdirən AmCham ölkədə aparılan iqtisadi islahatlarda yaxından iştirak edirbu proseslərə töhfəsini verir. AmCham müntəzəm olaraq Azərbaycanın biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı tövsiyələr toplusu olan " sənəd"i hazırlayır və hökumətə təqdim edir. Tövsiyələrin bir qismi hökumət tərəfindən artıq qəbul edilib.

Konfransda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov deyib ki, iqtisadi islahatlar üzrə başlıca hədəf kimi ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsinin və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiyabiznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi, məşğulluğun və sosial məmnunluğun təmin edilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunlar nəticəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.

“2015-ci ildən etibarən dünyada neft qiymətlərinin aşağı düşməsi və dəyişən makroiqtisadi amillər iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə yüksəlməsini labüd edib. Ölkə başçısı postneft dövrü kimi xarakterizə etdiyi bu yeni iqtisadi reallıqlara vaxtında adekvat reaksiya verib və bunun nəticəsində aparılan islahatlar daha müntəzəm və sistemli xarakter alıb. Müəllifi Prezident İlham Əliyevin olduğu həmin islahatların bir neçəsini qürur hissi ilə vurğulamaq istəyirəm. Bütövlükdə milli iqtisadiyyat və 11 sektor üzrə yaxın orta və uzunmüddətli perspektivlərin əhatə olunduğu tam təfsilatlı strateji yol xəritələri qısa müddət ərzində hazırlanaraq təsdiqlənib. Maliyyə və makroiqtisadi koordinasiya təmin edilib, iqtisadi aktivliyi, investisiya cəlbini və qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi ilə bağlı mexanizmlər yaradılıb. Bunlarla yanaşı, gömrük əməliyyatlarının çevik və şəffaf həyata keçirilməsi məqsədilə malların və nəqliyyat vasitələrinin yoxlanmasında tətbiq edilən "bir pəncərə" prinsipinin daha da təkmilləşdirilməsi və beynəlxalq təcrübədə geniş tətbiq edilən "Yaşıl dəhliz" və digər buraxılış sistemlərinin yaradılması üzrə əsaslı tədbirlər görülüb", - deyə Y.Eyyubov diqqətə çatdırıb.

Əlverişli biznes mühitinin yaradılması, o cümlədən kiçikorta sahibkarlığın inkişafında vergi yükünün azaldılması və şəffaflığın artırılması məqsədilə vergi sahəsində də islahatlar aparıldığını deyən Yaqub Eyyubov bildirib ki, belə tədbirlərin davamlı olaraq dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkədə sürətləndirilmiş iqtisadi islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı komissiya yaradılıb. Komissiya tərəfindən ölkəmizdə biznes mühitinin daha da inkişaf etdirilməsi ilə bağlı sistemli təhlillər aparılıb, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yüksəldilməsi istiqamətində müvafiq iqtisadihüquqi islahatlarla bağlı təşəbbüslər göstərilib.

"Ötən dövr ərzində komissiyanın səmərəli fəaliyyəti təmin edilib, "Doing Businnes" və Qlobal Rəqabətlilik Hesabatının da daxil olduğu 5 ən nüfuzlu beynəlxalq reytinq hesabatı seçilməklə onların bütün indikatorları təmin edilərək qruplaşdırılıb, 18 istiqamət üzrə işçi qrupu yaradılıb. İşçi qruplarının fəaliyyət dairəsi maliyyə bazarları, makroiqtisadi çərçivədə effektiv idarəetmə, əmək bazarı və digər sahələri əhatə edib. Xüsusilə qeyd etmək istərdim ki, "Doing Businnes" hesabatının 9 indikatoru üzrə, o cümlədən tikintiyə icazələrin verilməsi, sərhəddə ticarət, sahibkarların elektrik şəbəkəsinə qoşulmasının asanlaşdırılması istiqamətində qanunvericilikinstitusional tədbirlər görülüb", - deyə Baş nazirin birinci müavini vurğulayıb.

Y.Eyyubov ölkəmizə turist axınının daha da gücləndirilməsi, regionların turizm potensialının daha da artırılması, ölkəyə gələn turistlərin məmnunluq səviyyəsinin daha da yüksəldilməsi və gələcəkdə Azərbaycanın cəlbedici turizm mərkəzinə çevrilməsi istiqamətində bir sıra uğurlu islahatların həyata keçirildiyini bildirib.

Baş nazirin birinci müavini deyib: Yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarının artırılması məqsədilə ölkəmizdə istehsal olunan mallar və onların istehsalçıları barədə məlumatların əks olunduğu "Azexport.az" portalı yerli sahibkarlara onların beynəlxalq tərəfdaşları ilə transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verəcək. Azərbaycan Rəqəmsal Ticarət Qovşağı bölməsi yaradılıb və portalın real vaxt rejimində fəaliyyəti təmin edilib. Bütün bu islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub, manatın sabitliyi və etibarı bərpa edilibbu ilin ilk 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru ÜDM-də 2 faiz artıb, qeyri-neft sənayesində 2,8 faiz, kənd təsərrüfatında 3,2 faiz artım olub. İxracda 41,1 faiz artım, idxalda isə 16,5 faiz azalma müşahidə edilib. Müntəzəm şəkildə həyata keçirilən iqtisadi islahatlar prosesində beynəlxalq təşkilatları, sahibkarları təmsil edən qurumların yerlixarici biznes subyektlərinin və o cümlədən sahibkar və dövlət arasında birbaşa əlaqənin təmin edilməsində mühüm rola malik olan Azərbaycanda Amerika Ticarət Palatasının, ona üzv şirkətlərinin islahat prosesinin cəlb edilməsi və onların layihəyə dair müvafiq rəy ya təkliflərin alınması kimi ictimai iştirakçılıq mexanizmlərinin tətbiqi, bu sahədə dövlət-sahibkar münasibətlərinin uğurlu koordinasiyasının təşkilindən xəbər verir. Eyni zamanda, qəbul edilən islahat tədbirlərinin uzunmüddətli perspektivdə səmərəliliyinin daha da artırılmasına zəmin yaradır”.

Prezident İlham Əliyevin Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşünü xatırladan Y.Eyyubov qeyd edib ki, bu gün belə mötəbər tədbirin keçirilməsi də öz-özlüyündə dövlətimizin başçısı tərəfindən Azərbaycanda Amerika Ticarət Palatasının timsalında sahibkarları təmsil edən yerlixarici təşkilatlara və sahibkarlıq subyektlərinə göstərilən dəstəyin bariz nümunəsidir. “Əminliklə qeyd etmək istəyirəm ki, ölkə başçısının rəhbərliyi altında qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanan sistem xarakterli iqtisadi islahatlar nəticəsində biz sahibkarlarinvestorlarla birgə iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə effektiv modelini tətbiq etmiş olacağıq", - deyə Y.Eyyubov diqqətə çatdırıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışında üzən məzənnəyə keçid barədə danışaraq deyib: “Azərbaycanda artıq 5 aya yaxındır üzən məzənnə rejimi siyasəti yürüdülür. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır. Bu, tam şəkildə üzən məzənnədir. Lakin müəyyən spesifik addımlar var. Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Yaradılmış makroiqtisadi çərçivə bizə imkan verdi ki, tez bir zamanda manatın məzənnəsinin kəskin tərəddüdünün qarşısını alaq, yəni bazarda tələb və təklif arasındakı balans bunu tənzimlədi. Manatın məzənnəsi tez bir zamanda sabitləşdi və möhkəmlənməyə başladı. Hazırda valyuta bazarı normal fəaliyyət göstərir", - deyə E.Rüstəmov qeyd edib.

Keçən illərdə olduğu kimi valyuta bazarında defisitin olmadığını deyən Mərkəzi Bankın sədri iqtisadi fəaliyyət iştirakçılarının və aktorların özlərinin valyutaya olan tələblərini tam şəkildə bu bazar vasitəsilə ödəyə biləcəklərini bildirib.

E.Rüstəmov ilin sonunadək manatın ucuzlaşmasını gözləmədiyini deyib: "Yəqin ki, hər kəsi manatın məzənnəsinin perspektivləri düşündürür. Burada standart cavab ondan ibarətdir ki, bugünkü fundamental amillərə əsaslansaq, ilin sonuna kimi manatın məzənnəsi üçün hər hansı əhəmiyyətli risk görmürük. Cari büdcə ilinin sonunadək manatın məzənnəsinin möhkəmlənməsi riskləri onun ucuzlaşma risklərindən daha böyükdür".

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı diqqətə çatdırıb ki, son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşmaya nail olunub. Bu gün 5 bank nəzarət altındadır və onların kapitallaşma proqramı ilin ortalarınadək icra edilməlidir. Bu proseslər bank sektorunda müəyyən stabilləşməyə əsas yaradıb. “Biz ötən ilin ortalarından bankların qeyri-işlək portfelinin stabilləşməsini müşahidə edirik, yeni problemli kreditlər yaranmır, mövcud portfel qocalır. Digər tərəfdən depozitlərin nominal ifadədə hətta artımını müşahidə edirdik. Amma yüksək dollarlaşma şəraitində real müəyyən depozit axını hələ də davam edir. Təhlillər göstərir ki, bu, daha çox kiçik əmanətlər üzrədir və sosial xarakterli öhdəliklərin icrasına xidmət edir. Kapitallaşma nəticəsində Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla, bank sektorunun pozitiv kapital mühitindən çıxmasına nail olmuşuq, - deyə R.Aslanlı vurğulayıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdikləri investisiya müsabiqələri barədə məlumat verib. Bildirib ki, özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1,1 milyard manat məbləğində investisiyalar yatırılıb, istehsalın həcmi 1,5 milyard manat artıb. Özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsində də əhəmiyyətli rol oynayıb. Hesablamalara görə, özəlləşdirilmiş müəssisələrdə 320 mindən çox yeni yeri yaradılıb. İndiyədək ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya, İsrail və digər dövlətlərin investorları Azərbaycanda həyata keçirilmiş özəlləşdirmədə iştirak edib.

Respublikanın artıq 27 rayonunda torpaqların elektron kadastr uçotu işlərinin həyata keçirilməsinə başlanıldığını və 12 rayon üzrə işlərin başa çatdırıldığını deyən Kərəm Həsənov qeyd edib ki, aparılan işlərin son məqsədi aqrar sektorun inkişafında torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi ilə torpaqlardan düzgün və səmərəli istifadə olunması sahəsində mövcud problemlərin aradan qaldırılmasıdır.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sərhəd keçid məntəqələrində turistlər üçün xüsusi dəhlizlər yaradılacağını diqqətə çatdıraraq deyib ki, bu, ölkəyə turist axınının çoxalmasına şərait yaradacaq.

Bu ilin ilk 4 ayında ixracidxal əməliyyatları barədə məlumat verən A.Əliyev qeyd edib ki, həmin müddətdə təkcə avtonəqliyyat vasitələri ilə 200 min tondan çox yük daşınıb. İdxal 400 milyon ABŞ dolları civarında azalıb. Ötən illə müqayisədə qeyri-neft sektoru məhsullarının ixracında artım müşahidə olunub. Ölkədən 150 min tondan artıq əlavə qeyri-neft sektoru malları, əsasən ərzaq və tikinti məhsulları ixrac edilib. Azərbaycanın Rusiya, MDB ölkələrinə məhsulların ixracı ilə bağlı işlər görülür, hazırda da ərəb ölkələri ilə danışıqlar aparılır.

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov deyib ki, aparılan uğurludüşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı son illərdə sürətli inkişaf mərhələsindən keçib, neft gəlirlərinin səmərəli istifadəsi sayəsində ölkə iqtisadiyyatının diversifikasiyasına müvəffəq olunub, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. Bununla belə, qlobal proseslərin milli iqtisadiyyatlara kənar təsirləri əhəmiyyətli şəkildə artıb, bir çox inkişaf etməkdə olan dövlətlər buya digər dərəcədə bu təsirlərin doğurduğu fəsadlara məruz qalmaqdadır.

Yeni inkişaf dövründə qarşıda duran məsələlərin həlli və dayanıqlı inkişafa nail olmaq istiqamətində mühüm addımlardan biri də "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiq olunmasıdır. Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində vergi tənzimlənməsi də mühüm yer tutur”, - deyə S.Məmmədxanov qeyd edib.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycandakı sənaye parklarına özəl sektor tərəfindən indiyədək 800 milyon ABŞ dollarından çox investisiya qoyulduğunu deyib: “Bu rezidentlər çərçivəsində 5 mindən çox yeni yeri yaradılıb. Bundan sonra sənaye parklarına 1,1 milyard dollar investisiya qoyulacağını və daha 7 min yeni yerinin açılacağını proqnozlaşdırırıq. Sumqayıtda 10, Balaxanıda 5 rezident fəaliyyət göstərir”.

Nazir müavini diqqətə çatdırıb ki, sənaye parkları ilə yanaşı, Azərbaycanda aqroparklar da yaradılır. Ümumilikdə, ölkənin 25 rayonunda 35 aqroparkın yaradılması nəzərdə tutulub. Bunlardan bir neçəsi artıq fəaliyyətə başlayıb. Bu, ixracın genişlənməsinə böyük imkan yaradacaq.

Sonra çıxış edənlər vurğulayıblar ki, aparılan iqtisadi islahatlar özəl sektorun maraqlarına cavab verir. Belə ki, biznesin fəaliyyəti üçün tələb olunan prosedurların sayının getdikcə azaldılması və daha az resursun sərf edilməsi, bir çox hallarda rəqəmsallaşdırma və online xidmətlərin təklif olunması Azərbaycanın investisiya cəlbediciliyini artırır. Beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması prosesində hökumətlə birbaşa dialoqun önəmini vurğulayaraq, ölkə iqtisadiyyatının xarici təsirlərə dayanıqlılığının gücləndirilməsi, biznes mühitinin daha da münbit olması, ölkənin birbaşa xarici investisiyalar üçün daha cəlbedici və rəqabətqabiliyyətli olması üçün öz tövsiyələrini təqdim ediblər.

 

Azərbaycan.- 2017.-31 may.-S.5.