Bakıda Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq seminar keçirilib

 

Mayın 30-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və BMT-nin AsiyaSakit okean ölkələri üzrə Statistika İnstitutunun birgə təşkilatçılığı ilə yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə BMT-nin AsiyaSakit okean ölkələri üzrə Statistika İnstitutunun, MDB Dövlətlərarası Statistika Komitəsinin, İslam Əməkdaşlıq Təşkilatının, İslam Ölkələrinin Statistik, İqtisadiSosial Tədqiqatlar və Təlim Mərkəzinin, Almaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri və Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin mükəmməl dövlətçilik siyasəti nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq aləmdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı Azərbaycanın geniş geosiyasi məkanda multikultural, sülh, tərəqqi, sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi böyük nüfuz qazanması bir daha təsdiqləyir.

Tahir Budaqov Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyəli təşkilatçılıqla ev sahibliyi etdiyini vurğulayaraq, Bakıda idmançılarımızın qalibiyyəti ilə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının idmanın geniş təbliğində, eyni zamanda, tolerantlığın və mədəniyyətlərarası dialoqun inkişafında tarix yazdığını diqqətə çatdırıb.

Komitə sədri dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. O, dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində icrasının təmin edilməsi və bu sahədə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanının əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bildirib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regionalqlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli, əlçatan, vaxtında verilən, etibarlı və təfsilatlı məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir və Dayanıqlı İnkişaf Məqsədlərinə nailolma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının həyata keçirilməsi statistiklərin üzərinə yeni vəzifələr qoyub.

Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda qeyri-neft sektorununixracyönümlü iqtisadiyyatın genişləndirilməsi, bütün sahələrdə inkişafın davamlılığının təmin edilməsi məqsədilə ciddi addımların atıldığını deyib. Bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlər görüb və qarşıda hələ də bir çox mühüm vəzifələr dayanır.

Əli Əhmədov deyib: Bu gün BMT-nin qarşısında duran ən əsas məsələlərdən biri 2030-cu ilə qədər dünyamızın bütün simasının dəyişməsinə hədəflənmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsidir. Azərbaycan bu vəzifələrə qoşulub. Güman edirəm ki, bütövlükdə dünya bu möhtəşəm proqramın həyata keçirilməsi sayəsində 15 il ərzində ciddi şəkildə iqtisadi, siyasiinsan üçün ən mühüm önəm kəsb edən ətraf mühitin dəyişdirilməsi sahəsində əhəmiyyətli yeniləşmə mərhələsinə qoşulacaq. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri proqramından əvvəl qəbul olunmuş Minilliyin İnkişaf Proqramının həyata keçirilməsi çərçivəsində böyük nailiyyətlər qazana bilib”.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri bildirib ki, Azərbaycan son 10-15 il ərzində öz iqtisadiyyatını 3,5 dəfədən çox artırıb. Minilliyin İnkişaf Proqramı çərçivəsində iqtisadi inkişaf baxımından ən möhtəşəm nailiyyətlər əldə edən ölkələrdən biri məhz Azərbaycandır. İqtisadiyyatımızın bu inkişafı, artımı Azərbaycanın sosial proqramlarının həyata keçirilməsi üçün yeni və əsaslı imkanlar yaradıb. Bu illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5-6 faiz civarına qədər düşüb. Qısa müddətdə Azərbaycanda yoxsulluq səviyyəsi təxminən 9 dəfəyə qədər aşağı endirilib. Həmin insanların işlə təmin olunması sahəsində ölkəmizdə mühüm addımlar atılıb. Təxminən 10 il ərzində Azərbaycanda 1,6 milyon yeni yeri yaradılıb. Bütün bunların sayəsində təbii ki, Azərbaycan əhalisinin həyat səviyyəsinin yüksəldilməsi, insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı surətdə islahatlaşdırılması, yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilməkdədir: “Azərbaycan ixrac edən ölkələrdən biridir. Eyni zamanda, biz bu gün islahatlar apararkən Azərbaycan iqtisadiyyatının və insanlarımızın həyat səviyyəsinin neftdən asılılığının əhəmiyyətli dərəcədə azaldılması kimi çox vacib bir hədəfi öz qarşımıza qoymuşuq. İqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sferalarının yaradılması, tükənməyən resursların axtarılması, tapılması əsasında Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi bu gün ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar konsepsiyasının əsas dayaq sütunlarını təşkil edir. İnanırıq ki, 2030-cu ilədək dünyamızın simasının və bütövlükdə həyat tərzinin dəyişdirilməsini nəzərdə tutan BMT proqramının həyata keçirilməsi sayəsində Azərbaycan öz iqtisadisosial həyatında yeni bir pilləyə yüksəlmək vəzifəsinin öhdəsindən də uğurla gələcək”.

BMT-nin AsiyaSakit okean ölkələri üzrə Statistika İnstitutunun direktoru Aşiş Kumar bu tədbirin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üçün rəsmi statistikanın transformasiyası məsələlərinə həsr olunduğunu qeyd edib. Bildirib ki, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə beynəlxalq tələblərə cavab verən statistik məlumatların hazırlanmasında milli statistika sistemlərinin yüksək rolu var və həmin məlumatların istehsalı milli statistika potensialının gücləndirilməsini, statistika sistemi daxilində milli statistika təşkilatlarının rolunun artırılmasını, əlavə mənbələr kimi inzibati, irihəcmli və geoməkan məlumatlarından geniş istifadə edilməsini zəruri edir.

Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın çıxışları dinlənilib. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli prioritetlərin müəyyən edilməsi, həmçinin milli səviyyədə sənədin təbliği olduqca vacibdir. Dayanıqlı İnkişaf Məqsədləri fərqli qurumlar - dövlət orqanları, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq baxımından çox səmərəli platformadır.

Tədbirin altı sessiyasında mövcud vəziyyət - qlobalregional səviyyədə əldə olunan nailiyyətlər, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə milli göstəricilər sistemi, cari vəziyyət və ehtiyaclar, milliqlobal məlumatlar, statistik biznes proseslərin transformasiyası və müasirləşdirilməsi, çağırışlara adekvat cavab, statistik potensialın artırılması üçün imkanlardan istifadə, nəticələr və tövsiyələr mövzuları üzrə çıxışlar və iştirakçı ölkələrin təqdimatları olub.

Qeyd edək ki, Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb, kollektiv təşəbbüsə qoşularaq, ölkəmizi daha da güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.

 

Azərbaycan.- 2017.-31 may.-S.5.