Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu  unikal təbliğat platformasına çevrilib

 

"Bakı prosesi" 10-cu öldönümü ərəfəsində beynəlxalq platformaya çevrilib

 

Qlobal maliyyə böhranı şəraitində sabit inkişaf tempini qoruyub saxlayan Azərbaycan bu gün təkcə iqtisadi deyil, eyni zamanda zəngin milli-mənəvi, intellektual potensialı ilə dünyanın diqqət mərkəzindədir. Bu diqqət həm də son illər rəsmi Bakının Avropadünya miqyaslı siyasi, iqtisadihumanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi, Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər, nüfuzli idman yarışları Azərbaycanı regionundiplomatik paytaxt”ına, sülh, ədalət və sivil birgəyaşayış məkanına çevirmişdir.

Bakıda daha bir qlobal tədbirin - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi Azərbaycanın mədəni-intellektual və humanitar müzakirələr məkanına çevrildiyini bir daha təsdiqlədi. UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlarmövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kifayət qədər səmərəli müzakirələrlə yadda qalmaqla, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından unikal təbliğat platforması olmuşdur.

Belə mötəbər tədbirlərin keçiriləcəyi məkan seçilərkən respublikamızın zəruri siyasi sabitliyə, iqtisadi potensiala, infrastruktura, turizm imkanlarına, habelə qlobal beynəlxalq tədbirlərin təşkili sahəsində uğurlu təcrübəyə malik olması ciddiliklə nəzərə alınır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropaqonşu regionların mədəniyyət nazirlərinin hələ 2008-ci ilin dekabrında Bakıdakı konfransında müxtəlif mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafını nəzərdə tutan “Bakı prosesi” təşəbbüsünü irəli sürməklə beynəlxalq əməkdaşlıqda keyfiyyətcə yeni səhifə açmışdır. Beləliklə, respublikamızın paytaxtında müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi intensiv xarakter almış, bu həm də demoktratikləşmə proseslərinin, sosial-iqtisadi inkişafın, ən əsası, müxtəlif mədəniyyətlərin qorunması və təbliğinin xarici siyasətə təsiri olmuşdur.

Dövlət başçısı İlham Əliyev IV Beynəlxalq Humanitar Forumun “Bakı prosesi” çərçivəsində keçirildiyini xüsusi vurğulamışdır: “Azərbaycan 2008-ci ildə çox vacib prosesin təşəbbüskarı olmuşduro, sonradan “Bakı prosesi” adlandırılmışdır. Bu gün həmin təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”.

2008-2017-ci illərdə “Bakı prosesi” çərçivəsində olan tədbirlər miqyasca geniş və əhatəlidir: hələ 2008-ci ildə respublikamızda “Mədəniyyətlərarası dialoqda qadınların rolumövzusunda konfrans keçirilmiş, 2009-cu ildə Bakı həm də “İslam Mədəniyyətinin Paytaxtı” elan edilmişdir. Həmin ildə Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı, 2011 və 2013-cü illərdə UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə I və II Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları keçirilmişdir. 2015-ci ildə təşkil olunmuş III Mədəniyyətlərarası Dialoq Forumu respublikamızın mədəniyyətlər arasında körpüyaratma missiyasını bütün dünyaya göstərmişdir.

Azərbaycan paytaxtı 2011-2016-cı illərdə I, II, III, IV və V Bakı Beynəlxalq Humanitar forumlarına da uğurla evsahibliyi etmişdir. Son illər Dünya Dini Liderlərinin Sammiti, MDB Dinlərarası Şurası, MDB Müsəlmanlarının Məşvərət Şurası və Qafqaz Xalqları Ali Dini Şurası öz forumlarını paytaxtımızda keçirmişlər. 2016-cı il aprelin 25-dən 27-dək Bakıda təşkil olunmuş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunları bir daha göstərmişdir ki, Azərbaycanın çevik və səmərəli xarici siyasətinin əsas hədəflərindən biri də fərqli mədəniyyətlər arasında dialoqunvahid inkişaf platformasının formalaşdırılmasıdır. 2016-cı ilin oktyabrında olan V Bakı Beynəlxalq Humanitar Forumu, 2017-ci ilin mart ayında baş tutan V Qlobal Bakı Forumu Azərbaycanın təkcə insan hüquqları və demokratikləşmə deyil, həm də milli-etnik, dini tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərlə şərtlənmişdir.

Azərbaycanın beynəlxalq nüfüzunun yüksəldilməsində mötəbər idman tədbirləri də sözünü deyir. 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının, 2016-cı ildə “Formula-1” yarışlarının, Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi Azərbaycanın multikultural dəyərlərə sadiq ölkə olmasını təsdiqləmişdir. Respublikamız IV İslam Həmrəyliyi Oyunlarını və növbəti “Formula-1” yarışlarını da yüksək təşkilatçılıqla keçirmək, özünün zəngin turizm, idman və şəhər potensialını bütün dünyaya nümayiş etdirmək əzmindədir.

Beynəlxalq forumlar, konfranslar vasitəsilə dialoq mühitinin yaradılması, nəzəri-praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri həm də intellektual müzakirələr məkanına çevrilir. Müasir infrastrukturun yaradılması, Avropa standartları səviyyəsində abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, yaşıllıqların salınması və digər tədbirlər hazırda Bakı şəhərini dünyanın müasir meqapolislərindən birinə çevirmişdir. İldən-ilə gözəlləşən, müasirləşən paytaxtımız hazırda Avropanın böyük ticarət, iqtisadiyyat, enerji və mədəniyyət mərkəzlərindən hesab olunur.

Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu respublikamızın mədəniyyətlərarası dialoq sahəsindəki zəngin ənənə və təcrübəsinin beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini göstərir. Xatırladaq ki, forum hər iki ildən bir “Bakı prosesi” çərçivəsində keçirilir. Forumlarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və onların təhsilinin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzular geniş müzakirə olunur. Konkret olaraq son forumda 120 ölkədən olan 800-dən artıq qonağın, o cümlədən 50-dən çox beynəlxalq qurumun yüksəksəviyyəli nümayəndəsinin iştirakı onun mötəbərliyini və əhəmiyyətini bir daha təsdiqləmişdir.

Forumun Bakıda keçirilməsinin başlıca səbəblərindən biri respublikamızın regionda üstün mövqeyə malik olması, habelə Avropanın əsas enerji təchizatçılarından birinə çevrilməsi ilə izah edilməsidir. Azərbaycan bu gün bütün regional məsələlərdə əsas iştirakçılardan biridir - regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilmir. Məhz buna görə də dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Cənubi Qafqaz ölkəsində möhkəmlənmək üçün fürsət axtarırlar. Rəsmi Bakı isə müstəqil, heç kimdən asılı olmayan siyasət yürütməkdə qərarlıdır.

Son 3 ildə qlobal maliyyə böhranının yeni dalğası region ölkələrini sarsıtsa da, indi Qərb analitiklərinin Azərbaycan iqtisadiyyatının guya sırf neft-qaz gəlirləri üzərində qurulması, nə vaxtsaHolland sindromu” ilə üzləşə biləcəyi barədə əsassız, pessimist proqnozlarına rast gəlinmir. Bəli, Azərbaycan Şərqin neftqazla zəngin bəzi dövlətlərindən fərqli olaraq iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqla yanaşı, zəngin resursların gətirdiyi dividendləri davamlı iqtisadi inkişaf, sabitlik və demokratikləşmə istiqamətində yönəldə bilmişdir. Demokratikləşməni milli inkişafın hədəfi kimi seçən, Avropa Şurasının tamhüquqlu üzvü olan, Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrini genişləndirən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən, İslam Əməkdaşlığı Təşkilatı ilə səmərəli əlaqələr quran Azərbaycan sivil bəşəri dəyərlərə sadiqliyini əməli surətdə təsdiqləmişdir.

Azərbaycanın müxtəlif sivilizasiyaların nümayəndələrinin görüş məkanına çevrilməsini şərtləndirən digər əsas amil xalqımızın tolerantmultikultural dəyərlərə sadiqliyidir. V Ümumdünya Mədəniyyətlərarası Qlobal Forumunda çıxış edən Prezident

İlham Əliyev Azərbaycanın multikulturalizm sahəsində zəngin ənənələrinin olduğunu vurğulamışdır: Bizim coğrafiyamız və tariximiz, habelə Azərbaycandakı inkişaf onu nümayiş etdirir ki, mədəniyyətlərarası dialoq həm tarixən, həm də bu gün vacib məsələlərdən biri olaraq qalır. Çünki əks təqdirdə dünya daha çox təhlükələrə məruz qalacaqdır.

Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnikdini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik”.

Azərbaycanın təklifi ilə forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısının keçirilməsi də mühüm məqamlardan biri kimi qeyd olunmalıdır. “İnsanların təhlükəsizliyi üzrə müştərək məsuliyyət: davamlı inkişaf üzrə dayanıqlı və inklüziv cəmiyyətlərin qurulması” mövzusuna həsr edilmiş toplantı Azərbaycan hökuməti, Avropa Şurası, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı və FAO ilə tərəfdaşlığı əsasında təşkil edilmişdir. Toplantının təşkilində məqsəd dünyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarının insanların təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətlə bağlı qarşısında duran məsələləri müzakirə etmək olmuşdur. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva demişdir: “Bu təşəbbüs resursları səfərbərliyə almaq, o cümlədən dünyanı daha təhlükəsiz etmək üçün birgə səylərin göstərilməsində əlavə platforma olacaq. Ona görə beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksəksəviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmanı, tolerantlığı, qarşılıqlı hörməti, qlobal vətəndaşlıq etikasını, müştərək məsuliyyətimizi təmin edəcək”. Daha sonra bildirilmişdir ki, dialoq dərhal razılaşma, sadə anlaşmayaxud başqa məsələlərin həlli demək deyil: “Çünki bu, müxtəlif ideyalar və stereotiplər arasında olan boşluğun aradan qaldırılmasına göstərilən cəhddir. Bu, təbii ki, münaqişədən daha yaxşıdır. Bizim məramımız bununla daha da güclənəcək. Biz dialoqu davam etdirəcəyik və bir çox çağırışları aradan qaldırmağa nail olacağıq”. Birinci vitse-prezident Mehriban Əliyeva sivilizasiyalararası təmasın ən effektiv formatının respublikamızda yaradıldığını xüsusi vurğulamışdır.

Müzakirələr zamanı tədbir iştirakçıları Azərbaycan multikulturalizminin inkişafında Heydər Əliyev Fondunun da misilsiz xidmətlərini qeyd etmişlər. Azərbaycanın Birinci vitse-prezidentinin bildirdiyi kimi, millətləri və dinləri bir-birinə yaxın edən mühüm siyasi təşəbbüslərdən başqa, Azərbaycan dünyanın əksər yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirmişdir. Belə ki, respublikamız Pakistanın Müzəffərabad regionunda 2005-ci ildə zəlzələ nəticəsində dağılmış qızlar üçün məktəbin yenidən tikilməsi; Romada qədim MarçellinioPietro katakombalarının bərpası; Versal Sarayının parkında tarixi abidələrin bərpası; BosniyaHerseqovina, Gürcüstan, Macarıstan, Rumıniya, Rusiya və Serbiyanın bir sıra şəhərlərində məktəblərin, məscidlərin, kilsələrin, reabilitasiya mərkəzlərinin, tibb ocaqlarının və istirahət parklarının tikintisi; Fransanın Aşağı Normandiya regionunda 20-yə yaxın yerli kilsənin, Strasburq Soborunda şüşə vitrajların bərpası; Vatikanın Apostol Kitabxanasında qədim əlyazmaların bərpası və rəqəmsal formata salınması, Vatikan muzeylərində bir sıra abidələrin bərpası; Luvr muzeyində İslam incəsənəti şöbəsinin yaradılması; Bolqarıstanın Veliko Tırnovo şəhərində Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpası; Almaniyanın Berlin kilsəsinin bərpası; İtaliyada, Romada Kapitoli Muzeyində Filosoflar zalının bərpası prosesində yaxından iştirak etmişdir. Mehriban xanım Əliyeva bildirmişdir ki, bu misallar mədəniyyətlərarası dialoqun potensialına və mövcudluğuna olan güclü inamı aydın şəkildə göstərir.

Forumda “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişafsülhün təmin olunması üçün əsas elementlər” mövzusunda keçirilən ikinci plenar sessiyada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etmişdir. FAO-nun xoşməramlı səfiri sessiyada xüsusi vurğulamışdır ki, mədəniyyətlərarası dialoq irqçilik və zorakılığın qlobal səviyyədə artmasına qarşı mühüm əks-qüvvədir: “Mədəniyyətlərarası mübadilələr həmçinin ümumi məqsədlərimizə nail olmaq üçün yeni innovativ yollar axtarılmasının vacibliyini şərtləndirir. Dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin qəbul edilməsi planetimizdə yaşayan xalqların rifahını təmin etmək kimi missiyada dünya əhalisi üçün mühüm hadisə oldu. Təsadüfi deyil ki, gündəliyin ilk iki məqsədi məhz yoxsulluğun və aclığın aradan qaldırılmasına yönəlib. Ümumi mövqeyi əks etdirən bu məqsədlərə nail olmaqla biz sülhsevər, inklüziv və dayanıqlı cəmiyyətləri formalaşdıra bilərik”.

Forumda çıxış edən UNESCO-nun baş direktoru xanım İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Əl-Osaymin, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Avropa Şurası Baş katibinin müavini xanım Qabriella Battaini Draqoni və başqaları Bakı prosesi çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən söz açmış, Azərbaycanın mədəniyyətlərarası dialoq prosesində mühüm təşəbbüslərlə çıxış etdiyini və mərkəz rolunu oynadığını qeyd etmişlər. Müzakirələrdə bildirilmişdir ki, hazırda yaranmış vəziyyət etnik-milli dözümlülüyün, habelə tolerantlıq və multikulturalizm kimi dəyərlərin bəşəriyyət üçün önəmini daha da artırır. Xüsusən də multikulturalizm bu gün fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amillərdən biri kimi çıxış edir.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycan Prezidentinə belə bir forumun təşkilinə görə təşəkkür edərək bildirib ki, mədəniyyətlərarası və dinlərarası dialoq məsələsi getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirən Nassir Abdulaziz Al-Nasser diqqətə çatdırıb ki, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı gələn il “Bakı prosesinin 10-cu ildönümünü qeyd edəcək və bu münasibətlə mükafatlar yüksəksəviyyəli rəsmilərə təqdim olunacaq.

Ümumiyyətlə, IV Bakı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu bir daha təsdiqləmişdir ki, Azərbaycanın geosiyasi əhəmiyyəti, zəngin karbohidrogen ehtiyatları, müstəqil xarici siyasəti, çoxmədəniyyətliyi, Avropa dəyərlərinə bağlılığı ölkəmizi yalnız humanitar və mədəniyyət məsələlərinin deyil, həmçinin regional siyasətin müəyyənləşdiyi mərkəzə çevirmişdir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2017.-27 may.- S.7.