Dostluqmehriban qonşuluq nümunəsi

 

Prezidentlərin Tehran Zirvə görüşü Xəzər regionunun dinamik inkişafı üçün yeni imkanlar açır

 

Öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında quran müstəqil Azərbaycan dünyada gedən proseslərə də eyni mövqedən yanaşır.

Ölkəmizin dünyada sülh və sabitliyə dəstəyini ifadə edən mövqeyi Prezident İlham Əliyevin siyasi fəaliyyətində tam əksini tapır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən respublikamız bu gün tamam fərqli statusda çıxış edir.

 

Praqmatikrasional xarici siyasət

 

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, qlobal məsələlərə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktorregional güc kimi qəbul edilməkdədir. Həmçinin Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoyur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatikrasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Azərbaycan ayrı-ayrı xarici dövlətlərlə, o cümlədən qonşu ölkələrlə ikitərəfli münasibətlərinə xüsusi əhəmiyyət verir. Regionda qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq siyasətini seçən Azərbaycan münasibətləri mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında qurmağa çalışır. Noyabrın 1-də Tehranda keçirilən Azərbaycan, İranRusiya prezidentlərinin üçtərəfli Zirvə görüşübunu təsdiq edir.

 

Regional əməkdaşlığa yeni təkan verən Zirvə görüşü

 

Öncə xatırladaq ki, bu əməkdaşlığın yeni formatının əsası Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ilin avqustunda Bakıda qoyulub. Tarixdə ilk dəfə olaraq Azərbaycan, İranRusiya prezidentlərinin üçtərəfli görüşü keçirildi. Bu görüşdə ölkələr arasında ticari əlaqələr, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inşası və Xəzərin statusu ilə bağlı məsələlər əsas müzakirə mövzusu oldu. Azərbaycan, Rusiya, İran prezidentlərinin Zirvə görüşünün yekun deklarasiyası imzalandı. Azərbaycanın təşəbbüsü və üç dövlət başçısının iştirakı ilə Cənubdan Şimala qədər böyük bir nəqliyyat dəhlizinin qurulması barədə razılığa gəlindi.

Regional əməkdaşlığa yeni təkan verən birinci zirvə görüşü ilk növbədə bölgədə təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edərək iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaratdı.

 

Üçtərəfli ticari mübadilə, yaşıl gömrük zonasının yaradılması

 

Tehranda keçirilən ikinci Zirvə görüşündə də dövlət başçıları çox mühüm məsələləri müzakirə etdilər.

Dövlət başçıları ilk olaraq üç ölkə arasında tranzit potensialının daha da genişləndirilməsi, Asiya ilə Avropa arasında əlverişli tranzit imkanlarının yaradılması istiqamətində müzakirələr aparıblar. Eləcə də avtomobil yolları və dəniz nəqliyyatı sahəsində də əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə mövzusu olub.

İqtisadi sahədə üç ölkənin əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı qərar qəbul edən prezidentlər, həmçinin yaşıl gömrük zonasının yaradılmasını və vahid gömrük standartlarının tətbiq edilməsini məqsədəuyğun hesab ediblər.

Bununla yanaşı, Zirvə görüşündə bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, milli valyutadan istifadə olunması məsələsinə toxunulub. İran ilə Azərbaycan, İran ilə Rusiya, eləcə də üç ölkənin bir-biri ilə ikitərəfli və üçtərəfli ticari mübadilələrdə özlərinin milli valyutalarından istifadə imkanları müzakirə edilib. Sonda dövlət başçıları Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.

 

Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu

 

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, üçtərəfli format iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaradıb. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu gündəlikdə olan vacib məsələlərdəndir.

Prezident bildirdi ki, Azərbaycanın Rusiyaİran ilə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Keçənilki Zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoyublar. Rusiya şirkəti isə daha bir dərman preparatları zavodunun tikintisinə böyük sərmayə yatırır. Azərbaycan da öz növbəsində hər iki ölkəyə sərmayə qoyuluşunu artırır. Bu sərmayə layihələri qarşılıqlı dostluğun və inamın təzahürüdür. Tehran Zirvə görüşüüç ölkənin biznes dairələrinin daha da ruhlandırılmasına və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət edəcək.

 

Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib

 

Üç ölkənin neft-qaz sahəsində də uğurlu əməkdaşlıq həyata keçirdiyini söyləyən dövlətimizin başçısı İranRusiya şirkətlərinin 20 ildən artıqdır ki, Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqlarının işlənilməsində iştirak etdiklərini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti vurğuladı ki, üç ölkə arasında elektroenergetika sahəsində də əməkdaşlıq inkişaf edir. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Azərbaycanın və Rusiyanın enerji sistemləri paralel rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalamaelektrik verilişi xətləri birləşdirir. İran-Azərbaycan enerji sistemlərini isə “İmişli-Parsabadelektrik xətləri birləşdirib. Araz çayında OrdubadMarazad Su Elektrik stansiyalarının tikintisi haqqında imzalanmış saziş qüvvəyə minmişicra edilir. Ordubad Su Elektrik Stansiyasının tikintisi uğurla gedir.

Nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir. Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa edib. Azərbaycan Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikərək istifadəyə verib. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yolterminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülüb.

Keçən Zirvə görüşündən ötən dövr ərzində çox önəmli hadisələr baş verib. Cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, ötən il əldə edilmiş razılaşmalar həyatda öz əksini tapır. Azərbaycanın Rusiya ilə bu il ticarət dövriyyəsi 60 faizdən, İranla isə 30 faizdən çox artıb. Keçən il İran-Azərbaycan ticarət dövriyyəsi isə 70 faiz yüksəlib. Bu, ilk növbədə üç ölkə arasında səmimi dostluq münasibətlərinin mövcudluğunu təsdiqləyir.

 

Dəmir yollarında daşınma tarifləri razılaşdırılıb

 

Bu il həmçinin üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılıb və Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib: “Bu yol “Şimal-Cənub nəqliyyat dəhlizi”nin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar uğurla başa çatmışdır. Gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək. Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaq”.

İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığının regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət etdiyini söyləyən Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimiz dostluq mehriban qonşuluq nümunəsi göstərir. İkinci Zirvə görüşündəki razılaşmalar Tehran Bəyannaməsinin icra edilməsi nəticəsində daha da yaxşı nəticələr əldə ediləcək.

 

Beynəlxalq münasibətlər sisteminin suveren aktoru

 

Bu gün regional əməkdaşlığın gücləndirilməsi üçün böyük işlər görən Azərbaycan dövləti həm qlobal enerji layihələrinin təşəbbüskarıdır. Bu isə geniş regional əməkdaşlığa öz töhfəsini verir. Beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycanın dinamik inkişafının əsasında səmərəli iqtisadi-siyasi kurs dayanır. Cənubi Qafqaz geosiyasi məkanının lideri olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli çoxtərəfli əlaqələrin möhkəmlənməsi bu kontekstdə xüsusi olaraq qeyd edilməlidir. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki öncül vacib yerdə dayandığına işarədir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.-3 noyabr.- S.6.