Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:

 

Hacıyev Məhəmməd Şahbaz oğlu

Hüseynov Allahverdi Yaqub oğlu

Maqsudov Elbəyi Sadıq oğlu

Məhərrəmova İnara Eldar qızı

Məmmədov Əbülfəz Məmməd oğlu

Nuriyev Mübariz Əsgər oğlu

Orucova Sevinc Vaqif qızı

Rəhimov Novruzəli Həmzə oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-1 noyabr.- S.3.