Azərbaycanın Rusiya ilə
münasibətləri strateji xarakter daşıyır
Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir PUTİN dedi:
-Hörmətli İlham Heydər oğlu.
Sizi görməyimə çox şadam - bu dəfə Tehranda. Biz müntəzəm görüşürük və telefonla danışırıq, daimi əlaqədəyik. Bu, təbiidir, çünki bizim ölkələrimiz arasındakı münasibətlər xüsusi xarakter daşıyır. Sözsüz ki, bu, strateji tərəfdaşlıq xarakteridir.
Biz Sizinlə Azərbaycan ilə Rusiyanın nə qədər tellərlə bağlı olduğunu bilirik. Qeyd etməliyəm ki, ikitərəfli əlaqələrin inkişafı üzrə, ümumiyyətlə, səylərimiz hədər getmir. Mən bu ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin artımını nəzərdə tuturam. Bu, demək olar ki, 62 faizdir.
Biz digər istiqamətlərdə də işləyirik, regional problematika üzrə daim məsləhətləşirik. Sizinlə ikitərəfli formatda görüşmək imkanına görə çox şadam.
***
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
Sağ olun,
Vladimir Vladimiroviç.
Mən də Sizi yenidən
görməyimə çox
şadam. Biz bu il artıq
dəfələrlə görüşmüşük
və bizim görüşlərimiz həmişə
yaxşı nəticələrə
aparıb çıxarır.
Çünki biz münasibətlərin inkişafına yeni impuls veririk. Çox şadıq ki, iqtisadi sahədə də əmtəə dövriyyəsi müəyyən
mürəkkəb proseslərdən
sonra artır. Bu, biznes qurumları
arasında böyük
qarşılıqlı marağın
olduğunu göstərir,
əmtəə dövriyyəsinin
artımı da bizim iqtisadiyyatımızın
bərpasının, qarşılıqlı
marağın göstəricisidir.
Bizim Rusiya ilə münasibətlərimiz strateji
xarakter daşıyır
və biz həmin münasibətləri elə
bu cür səciyyələndiririk. Bütün istiqamətlərdə
- humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə
əməkdaşlıq edirik.
Buna görə də bu, dostlar,
qonşular, yaxın tərəfdaşlar arasında
tammiqyaslı münasibətlərdir.
Həmçinin çox şadam ki, bugünkü görüş üçtərəfli Sammit müstəvisində keçir.
Mən deyərdim ki, bu da qlobal
miqyaslı çox mühüm
hadisədir. Çünki bu
əməkdaşlıq dərin tarixi
köklərə və bizim ölkələrimizin
beynəlxalq arenada göstərdikləri
qarşılıqlı maraqlara,
qarşılıqlı dəstəyə əsaslanır.
Belə ki, yeni
görüşümüzə və əminəm ki, əlaqələrimizin möhkəmlənməsinə
yeni təkan verəcək mühüm
məsələləri müzakirə edəcəyimizə çox şadam.
Azərbaycan.-
2017.- 2 noyabr.- S.2.