Britaniya parlamentində Elmira Axundovanın
“Heydər Əliyev: Şəxsiyyət və zaman”
üçcildliyinin təqdimatı olub
Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi Londonda işıq üzü görüb. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “TEAS Press” nəşriyyatında çapdan çıxan üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb.
AZƏRTAC xəbər verir ki, TEAS-ın təşkilatçılığı ilə Britaniya parlamentində kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Britaniya parlamentinin Lordlar və Nümayəndələr palatalarının üzvləri, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Britaniya parlamentinin nümayəndəsi Bob Bləkmən çıxış edərək dahi şəxsiyyət Heydər Əliyev haqqında yazılan kitabın təqdimat mərasimində iştirakdan məmnunluğunu ifadə edib. O, bütün dünyada olduğu kimi, Britaniyada da dahi şəxsiyyət və siyasi xadim kimi məşhur olan Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev haqqında kitabın Londonda nəşr edilməsini yüksək qiymətləndirib.
TEAS-ın London üzrə direktoru Cek Peqoraro Cəmiyyətin fəaliyyəti və gördüyü işlər haqqında məlumat verib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında yazılan kitabın Londonda işıq üzü görməsini yüksək qiymətləndirən C.Peqoraro bu mühüm tədbirə təşkilatçılıq etməkdən məmnunluğunu bildirib.
Böyük Britaniyanın tanınmış tədqiqatçısı Tamara Draqadze Ümummilli Liderlə görüşlərini yada salıb, xatirələrini bölüşüb. Çıxışında 1990-cı illərin əvvəllərində regionda mövcud mürəkkəb siyasi vəziyyətə toxunan T.Draqadze Heydər Əliyevin zəngin siyasi təcrübəsi və düşünülmüş addımları sayəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. O, Ulu Öndərin dünyada tanınmış siyasi xadimlər arasında layiqli yer tutduğunu vurğulayıb, belə dahi şəxsiyyət yetirdiyi üçün Azərbaycan xalqının xoşbəxt olduğunu qeyd edib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ulu öndər Heydər Əliyevin həyat yolundan və zəngin siyasi fəaliyyətindən, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərindən söz açıb. Qeyd edib ki, məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqına sevgisi nəticəsində Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq və möhkəmləndirmək mümkün olub. Səfir bu gün həyata keçirilən siyasi kursun Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrini möhkəmləndirdiyini və Azərbaycanın daha da gücləndirilməsinə gətirib çıxardığını vurğulayıb.
Təqdimat mərasimində çıxış edən Elmira Axundova deyib: “… 1990-1991-ci illərin qışı idi. Biz onunla Naxçıvanda darısqal bir otaqda oturmuşduq və o mənə keçmiş həyatından, Qarbaçovla qarşılıqlı münasibətlərindən, SSRİ-nin dağılmağa məhkumluğundan, respublikamızın isə tezliklə müstəqil olacağından qeyri-adi şeylər danışırdı. Mən Heydər Əliyevə baxırdım və ona düzünü desəm acıyırdım – qocalmış, sınıxmış o, sanki Sovet İttifaqı ilə birlikdə gedən dövrün bir parçası idi. Və heç kəs dünyada, çox güman, o vaxt ehtimal edə bilməzdi ki, Azərbaycanın keçmiş kommunist lideri, qüdrətli Sovet imperiyasının rəhbərlərindən biri az keçmiş, küldən canlanan Simurq quşutək, bütün respublikanı, sonra isə bütün dünyanı təəccübləndirəcək. SSRİ-də ilk dəfə məhz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyətini ləğv edəcək, ona Azərbaycan Demokratik Respublikasının bayrağını və himnini qaytaracaqdır. Üç ildən sonra o, xalqın istəyi ilə Azərbaycanın prezidenti olacaq. O, hakimiyyətə qayıdacaq ki, vətəndaş müharibəsinin, ölkənin dağılmasının qarşısını alsın. O, qısa müddət ərzində döyüşqabiliyyətli ordu yaradacaq, tarixi neft kontraktlarını imzalayacaq, SSRİ-də ilk dəfə olaraq sözdə deyil, işdə torpağı xüsusi mülkiyyət elan edəcək və onu Azərbaycan kəndlisinə paylayacaqdır.
Bu insanın
sirri nədə idi? Niyə bütün ağlagələn
və ağlagəlməz
vəziyyətlərin əksinə
olaraq o, eyni çaya iki dəfə girib, oradan qalib çıxa
bilmişdi? Mənə elə
gəlir ki, bunun açması böyük ingilis siyasətçisi Uinston Çörçilin sözlərindən
ibarətdir. Çörçil
bir dəfə demişdir: “Dəyişən
vəziyyətə müqabil
olmağın yeganə
üsulu onunla birlikdə dəyişməkdir”.
Heydər Əliyev zamana
və vəziyyətə
müqabil dəyişə
bilir və bunu kifayət qədər orqanik edirdi. Zira onun üçün
əsas doğma vətəninin – sevimli Azərbaycanın milli maraqları idi.
… Bu üçcildliyin
iki qəhramanı var – Heydər Əliyev və Zaman, qəhrəmanımın
özü kimi ölçüyə gəlməyən,
ziddiyyətli, faciəli
və parlaq XX əsr.
Heydər Əliyev çox çətin bir ömür yaşayıb. Î, sitayiş etdiyi idealların puça çıxmasını
görüb, sədaqətlə,
cani-dildən xidmətində
durduğu ölkənin
dağılmasına tab gətirib.
O, yeni dövrə qədəm basaraq və həyatını sıfırdan başlayaraq
siyasi Olimpi ikinci dəfə fəth edib. Lakin bu tamamilə başqa bir ölkədə, başqa
bir dövrdə baş verib. Hərdən
mənə elə gəlirdi ki, mən müxtəlif adamlar haqqında yazıram, çünki ağlagəlməz dərəcədə
fərqli faktların,
hadisələrin bir insan ömrünə sığması inanılmazdır.
Bir neçə tarixi dövrü əhatə etmiş ömür.
Üçcildliyin ön sözünün müəllifi görkəmli
qazax yazıçısı
Oljas Suleymenov demişdir ki, bu kitabları yazdıran Məhəbbətdir. Mən həqiqətən
öz qəhrəmanımı
sevirəm və istəyirəm ki, üçcildliklə tanışlıqdan
sonra sizdə də ona qarşı
eyni hisslər kök salsın.
Bu kitabın
ingilis dilinə tərcüməsində və
nəşrində iştirak
edən hər kəsə və ilk növbədə Tale Heydərov
başda olmaqla “Avropa-Azərbaycan cəmiyyəti”
komandasına təşəkkürümü
bildirmək istəyirəm. Onlar çox böyük iş görüblər, hamısına minnətdaram!
Üçcildliyin təqdimatını
Avropanın düz ürəyində təşkil
edənlər çox
sağ olsunlar.
Əminəm ki, bu kitablarla tanışlıq
çətin, eyni zamanda maraqlı səyahət olacaq və bir çox
suallara cavab tapmaq imkanı verəcəkdir”.
Qeyd edək ki, ingilis
dilində nəşr
olunan “Heydər Əliyev. Şəxsiyyət və zaman”
üçcildliyinin birinci
kitabı (HEYDƏR ƏLİYEV.
CANLI TARİX) XX əsrin ən
görkəmli siyasətçilərindən
biri olan Heydər Əliyevin həyat və fəaliyyətinin erkən
dönəmləri haqqında
eksklüziv və geniş auditoriyaya az məlum
olan faktlarla zəngindir. Kitab Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin
arxivlərində, həmçinin
Prezidentin şəxsi
arxivində iş zamanı aşkar edilən unikal sənədlərə əsaslanır,
əsərin qəhrəmanının
uşaqlıq və gənclik illərindən,
onun dövlət təhlükəsizliyi orqanlarında
fəaliyyətindən, eləcə
də 1969-1982-ci illərdə
sovet Azərbaycanına
rəhbərlik etdiyi dövrdən bəhs edir.
İkinci kitabda
(KREMLDƏ BEŞ İL) Sov.İKP MK üzvü, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi 5
il haqqında
bəhs olunur.
1982-1987-ci illərdə SSRİ-nin ən nüfuzlu
və fəal rəhbərlərindən biri
olan Heydər Əliyevi Qərb mətbuatı gələcəkdə
hətta Sov.İKP MK-nın Baş katibi vəzifəsinə potensial namizəd kimi də görürdü...
Bu kitabda
Elmira Axundova Heydər
Əliyevin SSRİ-nin
üç baş katibi ilə - Y.Andropov, K.Çernenko və M.Qorbaçovla münasibətlərindən bəhs
edir. Kremlin sirləri və
intriqaları, Siyasi Büro daxilində münasibətlər, Heydər
Əliyevin nəticələrinin
aradan qaldırılmasında
iştirak etdiyi qəzalar və texnogen fəlakətlər,
onun xarici səfərləri, “Qorbaçov
yenidənqurması”nın
başlanğıcı və
sonu, Qarabağ münaqişəsi və
onun nəticələri,
Heydər Əliyevin istefasının əsl səbəbləri və
SSRİ-nin süqutu –
bütün bunlar bəzən siyasi bestselleri xatırladan və tükənməz maraqla oxunan ikinci kitabda əks olunur.
Üçüncü kitabda (Qayıdış)
Elmira Axundova Heydər
Əliyevin vətənə,
üç ildən sonra isə siyasi Olimpə qayıdışından bəhs
edir. 1990-cı ildə Azərbaycanın o zamankı
rəhbərliyinin müqavimətinə
baxmayaraq, Heydər Əliyev öz “kiçik vətəni”nə
- blokadada yaşayan Naxçıvana qayıtdı.
Böyük və gərgin
səylər nəticəsində
Heydər Əliyev muxtar respublikanı aclıqdan və soyuqdan, həmçinin Ermənistan işğalından
xilas etdi.
1993-cü ildə
xalqın iradəsi ilə Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdır. Üçüncü
kitabın ikinci hissəsində Heydər Əliyevin Azərbaycanda vətəndaş müharibəsinin
qarşısının alınması,
ölkəni parçalanmadan
xilas etməsi, Ermənistanla uzunmüddətli
atəşkəsin əldə
olunması, neft strategiyası hesabına ölkənin XXI əsrə
güclü iqtisadi inkişaf tempi ilə daxil olması istiqamətində gördüyü
işləri əks olunub. Kitabda canlı şahidlər,
müxtəlif vaxtlarda
Heydər Əliyevlə
birgə işləmiş
insanlar danışır.
Onların xatirələri kitaba
etibarlılıq və
səmimilik gətirir.
Bütövlükdə, üçcildlik Heydər
Əliyevin XX əsrdə
cərəyan edən
tarixi hadisələrin
fonunda verilən ən dolğun və obyektiv tərcümeyi-halıdır.
Çıxışlardan sonra tədbir sual-cavab sessiyası ilə davam edib.
Sonda tarzən Rafiq Rüstəmovun ifasında
Azərbaycan milli musiqisinin nümunələri,
muğamlarımız səsləndirilib.
Azərbaycan.-
2017.-2 noyabr.- S.4