Yaponiyanın Baş naziri
Zati-aliləri cənab Şinzo Abeyə
Hörmətli cənab Baş nazir,
Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr
2017-ci il
Azərbaycan.-
2017.-3 noyabr.- S.2.