Azərbaycan
ailəsi-2017 IX film festivalının qalibləri mükafatlandırılıb
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
(AQUPDK), Heydər Əliyev
Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən Azərbaycan
ailəsi-2017 IX film festivalına yekun vurulub.
AZƏRTAC xəbər
verir ki, bu münasibətlə noyabrın 2-də Beynəlxalq
Muğam Mərkəzində
dövlət qurumları
nümayəndələrinin, elm və mədəniyyət
xadimlərinin iştirakı
ilə festivalın qaliblərinin mükafatlandırılması
mərasimi keçirilib.
Mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib. Məlumat
verilib ki, Azərbaycan ailəsi film
festivalına 2009-cu ildən
start verilib. Artıq üçüncü ildir ki, film festivalı çərçivəsində
Həyatdan şəklə
adlı fotomüsabiqə
də keçirilir.
Təqdim olunan işlər
Azərbaycanın görkəmli
elm və mədəniyyət
xadimlərindən ibarət
münsiflər heyəti
tərəfindən qiymətləndirilib
və qaliblər müəyyən edilib.
AQUPDK-nın sədri Hicran Hüseynova tədbirdə
çıxış edərək
deyib ki, Azərbaycan ailəsi film
festivalına ötən
9 il ərzində
yerli rejissorlarla yanaşı, xarici rejissorlar da öz ekran əsərlərini
təqdim ediblər, hətta festivalın xüsusi mükafatlarına
layiq görülüblər.
Bu isə festivalın
beynəlxalq nüfuz qazanmasının göstəricisidir.
Komitə sədri bildirib ki, layihənin
keçirilməsində məqsəd,
ilk növbədə, ailə
dəyərlərinin qorunması
istiqamətində maarifləndirmə
işinin daha da gücləndirilməsidir:
Bir tərəfdən
biz uğurlu ailələri,
nümunəvi ailə
modellərini təbliğ
edirik. Digər tərəfdən isə bu sahədə
mövcud problemləri
bədii obrazlar vasitəsilə insanlara göstəririk. İkincisi,
yaradıcılığa yeni
başlayan və təhsil alan
rejissorlar üçün
ailədaxili məsələlərin
bədii formada çatdırılması metodları
öyrədilir. Üçüncüsü,
təqdim edilən bütün filmlərdən
məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi
hissələrdə apardığımız
maarifləndirmə işlərində
istifadə olunur. Ona görə də festivala qatılan heç bir namizəd uduzmur, əsas məsələ iştirak etməkdir.
Çünki təqdim edilən
bütün filmlər
komitənin maarifləndirmə
işlərində istifadə
olunur.
Hicran Hüseynova qeyd edib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət ailə siyasəti bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. İmzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşımızın maraqlarının və hüquqlarının maksimum dərəcədə müdafiəsinə yönəlib. Bu isə ailələrimizin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev bildirib ki, builki festival BMT ilə Azərbaycanın əməkdaşlığının 25 illiyinə təsadüf edir. Azərbaycanda ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə davam etdirilir. Hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. F.Babayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini deyib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və digərləri çıxış edərək cəmiyyətdə ailə institutunun və mənəvi dəyərlərin qorunmasında, eləcə də milli kino sənətimizin təbliği və inkişafında festivalın əhəmiyyətini qeyd ediblər.
Çıxış edənlər bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək qiymətləndiriblər. Festivalın yüksək səviyyədə təşkilinə görə komitənin rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Tədbirdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.
Sonda
müxtəlif nominasiyalar üzrə Azərbaycan
ailəsi-2017 IX film festivalının və
Həyatdan şəklə fotomüsabiqəsinin qaliblərinə
diplom və qiymətli hədiyyələr
təqdim olunub.
Azərbaycan.- 2017.-3 noyabr.- S.6.