Rusiya KİV Tehran sammitini
geniş işıqlandırdı
Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş görüşünün
yekunları Rusiya mətbuatının diqqət
mərkəzindədir. Qonşu ölkənin
KİV-i üçtərəfli
sammit zamanı əldə olunmuş razılaşmaları geniş
şərh edir.
Hələ zirvə
görüşü ərəfəsində
“Nezavisimaya qazeta”nın dərc etdiyi məqalədə vurğulanır ki, Azərbaycan-İran-Rusiya sammitində
“Şimal-Cənub” nəqliyyat
dəhlizinin inkişafı
əsas müzakirə
mövzusu olacaq. Qəzet qeyd edir ki,
yeni nəqliyyat dəhlizi vasitəsilə
Hindistan və Fars körfəzi ölkələrindən
yüklərin Rusiya, Qərbi Avropa, Baltik və Skandinaviya ölkələrinə
daşınması nəzərdə
tutulmuşdur. Nəqliyyat dəhlizinin
yaradılması məsələsi
1993-cü ildən bəri
müzakirə olunur.
2000-ci il tarixli hökumətlərarası sazişə
görə, İran, Azərbaycan və Türkiyə İranın
Qəzvin şəhərindən
Azərbaycanın Astara
şəhərinə dəmir
yolu xətti inşa etməklə Xəzər dənizinin qərb sahili ilə quruda nəqliyyat əlaqəsinin
yaradılmasını qərarlaşdırmışlar.
Qəzet Prezident İlham Əliyevin belə bir bəyanatını
xatırladır: “Şimal-Cənub”
nəqliyyat dəhlizinin
Azərbaycan sahəsində
bütün inşaat
işləri ötən
il başa
çatmışdır. “Rusiya
Dəmir Yolları” şirkətinin keçən
həftə verdiyi məlumata görə,
2017-ci ilin ilk doqquz ayı ərzində “Şimal-Cənub” nəqliyyat
dəhlizi ilə dəmir yolu ilə 4,7 milyon ton yük daşınmışdır
ki, bu da
2016-cı ilin analoji dövrü ilə müqayisədə 21,6 faiz
çoxdur.
“Rossiyskaya qazeta” Rusiya Prezidenti Vladimir Putinin belə bir fikrini
diqqətə çarpdırır
ki, üçtərəfli
zirvə görüşünün
növbəti raundu müsbət nəticələnmişdir:
“Hələ çox məsələlər, problemlər
var. Amma heç bir ölkə bu problemləri birtərəfli qaydada həll edə bilməz”. Rusiyanın dövlət başçısı
əlavə etmişdir
ki, qarşılıqlı
ticarəti yaxşılaşdırmaq
üçün gömrük
prosedurlarını sadələşdirmək,
malların və xidmətlərin sərbəst
hərəkəti yolunda
mövcud maneələri
ləğv etmək lazımdır. Öz növbəsində,
İran Prezidenti Həsən Ruhani izah etmişdir ki, üç ölkə “yaşıl gömrük dəhlizi yaratmaq və vahid gömrük standartlarına riayət etmək niyyətindədir”.
Qəzet
üçtərəfli əməkdaşlıq
formatının müəllifi,
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından sitat gətirir ki, “Azərbaycan-İran-Rusiya üçtərəfli
əməkdaşlığı regionda təhlükəsizliyin,
sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edir”.
“Kommersant”
qəzeti yazır ki, Tehran sammitinin iştirakçıları iri
karbohidrogen istehsalçısı
olan üç ölkə arasında rəqabət əvəzinə
əməkdaşlığın və səylərin əlaqələndirilməsinin vacibliyini vurğulamışlar. Rusiya Prezidenti
Vladımır Putin təsdiqləmişdir
ki, Rusiya İranın şimalına
Azərbaycanın boru
kəməri nəqliyyat
sistemləri ilə təbii qaz göndərməyə hazırdır.
“Vedomosti” qəzeti xatırladır ki, Azərbaycan, İran və Rusiya liderləri “üçlük” formatında
ötən ilin avqustunda ilk dəfə Bakıda görüşmüş
və o vaxt zirvə görüşünü
müntəzəm şəkildə
keçirmək qərarına
gəlmişdilər. Qəzet
xəbər verir ki, növbəti sammit gələn il Rusiyada
keçiriləcək.
“Rossiya” telekanalı sammitin gedişini geniş işıqlandırmışdır. Telekanal zirvə
görüşünün yekunlarına toxunarkən qeyd etmişdir ki, üç ölkəni birləşdirən
əsas layihələrdən
biri Peterburqdan Hindistanın Mumbay limanınadək uzanan “Şimal-Cənub” nəqliyyat
dəhlizinin yaradılmasıdır.
Bu nəqliyyat dəhlizi Süveyş kanalı ilə malların dənizlə daşınmasından iki dəfə qısadır.
“Mir24” telekanalı
“Putin və Əliyevin
İrana səfəri:
yekunlar” sərlövhəli
analitik verilişində
qeyd edir ki, üç ölkə birlikdə “Şimal-Cənub” dəhlizini
- Hindistanı İran
və Azərbaycandan keçməklə Rusiya və Avropa ilə birləşdirən
dəmir yolu inşa edir. Bundan başqa, Xəzər dənizində neft yataqlarının istismarı
müzakirə edilmişdir.
Telekanal üçtərəfli sammitdən
qabaq Azərbaycan və Rusiya liderlərinin görüşünü
geniş işıqlandırmışdır.
Putin görüş zamanı
vurğulamışdır ki,
ikitərəfli əlaqələrin
inkişafı naminə
səylər hədər
getmir: “Mən bu ilin ilk doqquz
ayında əmtəə
dövriyyəsinin artımını
nəzərdə tuturam.
Bu, demək olar
ki, 62 faizdir”. Azərbaycan lideri isə bildirmişdir ki, “bizim Rusiya ilə
münasibətlərimiz strateji
xarakter daşıyır”.
Prezident İlham Əliyev əlavə etmişdir ki, iki ölkə
“bütün istiqamətlərdə
- humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə
əməkdaşlıq edir.
Buna görə də bu, dostlar,
qonşular, yaxın tərəfdaşlar arasında
tammiqyaslı münasibətlərdir”.
Allahverdi MEHDİYEV,
Azərbaycan.- 2017.- 3 noyabr.- S.8.