“Sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1109) aşağıdakı dəyişikliklər edilsin:
1.1-ci maddədə “2 (iki) il müddətinə” sözləri “2021-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilsin.
2.2.1-ci maddənin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.-4 noyabr.- S.2.