“Mülki aviasiya
sahəsində xidmətlərə görə” Azərbaycan
Respublikasının medalı haqqında əsasnamə
Azərbaycan Respublikasının 2017-ci il
20 oktyabr tarixli Qanunu ilə təsdiq
edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Mülki
aviasiya sahəsində xidmətlərə
görə” Azərbaycan Respublikası medalı döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər orden
və medalları olduqda, onlardan
sonra taxılır.
Azərbaycan.-
2017.-4 noyabr.- S.2.