“Azərbaycan Respublikasında təhsil sisteminin
təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli
349 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 6, maddələr 428, 431, ¹ 8 (III kitab), maddə 614; 2001, ¹ 7, maddə 459; 2006, ¹ 9, maddə 743; 2007, ¹ 10, maddə 945; 2008, ¹ 6, maddə 496; 2009, ¹ 9, maddə 687; 2011, ¹ 2, maddə 85; 2014, ¹ 4, maddə 364, ¹ 9, maddə 1064; 2015, ¹ 7, maddə 842; 2016, ¹ 11, maddə 1814) 6-cı hissəsindən “Bakı Dövlət Universiteti,” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr
2017-ci il
Azərbaycan.- 2017.-5 noyabr.-
S.2.