Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi ilə Laos Xalq Demokratik
Respublikasının Xarici İşlər
Nazirliyi arasında məsləhətləşmə
və əməkdaşlıq haqqında Anlaşma
Memorandumunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə və əməkdaşlıq haqqında 2017-ci il sentyabrın 15-də Vyentyan şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr
2017-ci il
Azərbaycan.- 2017.-5 noyabr.-
S.2.