“Mülki dövriyyəsi məhdudlaşdırılmış
əşyaların dövriyyəsinin tənzimlənməsi
sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanını “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 655-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə 798, ¹ 10, maddə 918; 2006, ¹ 5, maddə 408; 2007, ¹ 3, maddə 232, ¹ 8, maddə 765; 2008, ¹ 1, maddə 7, ¹ 8, maddə 719; 2009, ¹ 3, maddə 163; 2013, ¹ 6, maddə 654; 2014, ¹ 2, maddə 112, ¹ 9, maddə 1027, ¹ 10, maddə 1220; 2015, ¹ 7, maddə 829; 2016, ¹ 1, maddə 45, ¹ 6, maddə 1039, ¹ 8, maddə 1375; 2017, ¹ 3, maddə 353, ¹ 8, maddə 1521) ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na aşağıdakı məzmunda 18-ci hissə əlavə edilsin:
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr
2017-ci il
Azərbaycan.- 2017.-5 noyabr.-
S.3.