“GUAM üzvü
olan dövlətlərin dövlət sərhədlərindən
keçirilən mallar və nəqliyyat
vasitələri haqqında gömrük
prosedurlarının müəyyən nəticələrinin
qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin
gömrük qurumları arasında” Protokolun təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” 2017-ci il martın 27-də Kiyev şəhərində imzalanmış Protokol təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 oktyabr 2017-ci il
Azərbaycan.- 2017.-5 noyabr.- S.3.