“Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika Respublikası
Hökuməti arasında diplomatik və
xidməti pasportlara malik
şəxslərin viza tələbindən
azad edilməsi haqqında” Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il iyunun 2-də San-Xose şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr
2017-ci il
Azərbaycan.- 2017.-5 noyabr.-
S.3.