Prezident İlham Əliyev Bakı Metropoliteninin retro
vaqonları ilə tanış olub
Noyabrın 6-da metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev retro vaqonlarla tanış olub.
Xatırladaq ki, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin “İçərişəhər” stansiyasından ilk qatar uzunluğu 10 kilometrdən bir qədər az olan xətt üzrə hərəkətə başlayıb. “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları həmin xəttin üzərində yerləşirdi. Ulu öndər Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, metro da sürətli inkişaf yolu keçib, istismara buraxılan stansiyaların sayı 14-ə, xətlərin ümumi uzunluğu isə 22 kilometrə çatdırılıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına retro vaqonlar barədə məlumat verdi.
Qeyd edək ki, Mıtişşi maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar “A” tipli vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib.
Retro tipli
digər vaqonlar “Q” tipli vaqonlar idi. Yeni mühərrikli vaqonlar
Qorki xətti üçün nəzərdə
tutulduğuna görə
“Q” tipli adlandırılırdı.
Bu vaqonların istismar müddəti
1983-cü ildə başa
çatıb.
Təqdimatı olan “E” tipli digər vaqonların hazırlanmasına isə
1956-cı ildə başlanılıb. “E” tipli ilk sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə
beş şəhərin
- Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi.
Bakıya “E” tipli 47 ədəd
vaqon çatdırılmışdı.
Sonra Prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından “Nəriman
Nərimanov” stansiyasına
gəldi.
Qeyd edək ki, 2003-cü ildə Bakı Metropoliteni yeni inkişaf mərhələsinə
qədəm qoyub. 50 illik yubileyi qeyd edilən
Bakı Metropoliteninin hazırda 25 stansiyası,
1 elektrik deposu və 36,6 kilometr
uzunluğunda 3 xətti
var. “Bakı Metropoliteni
Xətlərinin Konseptual
İnkişaf Sxemi”nə
əsasən gələcəkdə
metropolitenin ümumi şəbəkəsi 3 mövcud
- Yaşıl, Qırmızı
və Bənövşəyi,
həmçinin 2 əlavə
yeni xətt - Mavi və Sarı
xətlər olmaqla 5 xətdən, 76 stansiyadan,
6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr
uzunluğunda metro xəttinin
çəkilməsi nəzərdə
tutulub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında
2014-cü ildə Bakı
Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar
Cəmiyyətinin yenidən
təşkili yolu ilə səhmləri dövlətə məxsus
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan
sonra silsilə yeniliklər biri-birini əvəzlədi.
Retro vaqonlarla tanış olan Prezident İlham Əliyev
50 illik yubileyi
münasibətilə Bakı Metropoliteninin
kollektivini təbrik etdi,
yeni-yeni uğurlar
arzuladı.
Azərbaycan.- 2017.-7 noyabr.- S.1.