Əsrdən-əsrə atılmış körpü

 

Bu gün Neft Daşlarının 68 yaşı tamam olur

 

Bu il noyabrın 7-də Neft Daşlarının 68 yaşı tamam olur. 1949-cu ilin həmin günündə burada dünyada ilk dəfə dənizdən neft hasil edilib. Bununla da Azərbaycan tarixə dəniz nefti erasının başlandığı məkan, Xəzər isə neft çıxarılan ilk dəniz kimi daxil olub.

Neft dənizin dibindən baş qaldırıb bir hissəsi suyun üzərində görünən qara daşlar yaxınlığında müşahidə olunduğundan ilk vaxtlar buranı elə “Qara daşlar” adlandırıblar. Aşkar edilən yatağın işlənməsinə başlamaq üçün Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək “Qara daşlar”ın yanında basdırılıb.

Beləliklə, burada qeyri-adi bir ada yaranıb. Bu ada Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilib. Bundan sonra əraziyəYeddi gəmi adasıadı verilib. Daha sonra yataq rəsmi olaraqNeft Daşlarıadını alıb.

Neft Daşlarını möcüzələr adası adlandıranlar da olub. Əslində isə Neft Daşları reallıqdır, möcüzəyə bənzəsə , həqiqətdir.

Bu gün Neft Daşları ilk növbədə yeddi onilliyə yaxındır istismar olunan ehtiyatları hələ tükənməyən bir xəzinə - karbohidrogen yatağıdır.

Neft Daşlarıböyük bir müəssisə - neft qazçıxarma idarəsidir.

Nəhayət, Neft Daşları dünyada analoqu olmayan bir şəhərdir. Dənizin dibinə dayaqlanan polad dirəklər üstündə salınmış, hər tərəfdən Xəzərin suları ilə əhatə olunmuş bənzərsiz bir şəhər...

Neft Daşlarında ötən dövr ərzində geniş zəngin infrastruktur qurulub. İndi bu mədən-şəhərin kilometrlərlə uzanan estakadaları, onlarca estakadayanı meydançaları, vertolyot meydançası, dərin dəniz özülləri, hazır məhsul parkı, sutəmizləyici qurğusu var. Burada beş doqquzmərtəbəli yataqxanalar, müasir yeməkxanalar, mədəniyyət evi, muzey, tibb-sanitar hissəsi, elektrik stansiyası, kitabxana tikilib. Bir qarış torpağı belə olmayan məkanda sahildən torpaq gətirilərək park salınması, gül-çiçək əkilməsi Neft Daşlarına verilənMöcüzələr adasıadına yeni məna çalarları gətirir.

Dəniz şəhəri Bakıdan 100, Pirallahı adasından 50, Çilov adasından isə 30 kilometrlik məsafədə yerləşir. Burada insanlar vaxt metodu ilə, yəni növbə ilə işləyirlər - hər ayın yarısını dənizdə olur, yarısını quruda, ev-eşiklərində keçirirlər. Başqa sözlə, Neft Daşlarının bənzərsizliyi həm ondadır ki, bu şəhərdə ailələr yaşamır, məktəblər, uşaq bağçaları yoxdur. Onun sakinləri böyük neftçilər ordusudur. Belə ki, neft qazçıxarma idarəsinin işçiləri ilə yanaşı, burada bir sıra digər təşkilatların nümayəndələri - qazmaçılar, inşaatçılar, geofiziklər, rabitəçilər, tibb, bir sıra xidmət sahələrinin işçiləri çalışırlar. Onların üzərinə çətin, məsuliyyətli şərəfli bir vəzifə düşür. Axı bəzən fırtınalar qoparan dənizin qoynunda işləməyə iradə mərdlik gərəkdir. Bir ki, “Neft Daşlarıartıq köhnə yataq hesab olunur. Belə yataqlarda isə hasilatın sabitliyini qorumağın özü səy, zəhmət səriştə tələb edir.

...68 il əvvəl Xəzərin dibinin neftlə zəngin olduğunu yalnız suyun üzərinə çıxmış qara daş parçaları xəbər verirdi. Bu gün Xəzərdən ən müasir dünya standartları səviyyəsində inşa edilmiş platformalar baş qaldırıb.

İndi Azərbaycanın təkcə Neft Daşları deyil, “Çıraq”ı, “Günəşli”si, “Azəri”si, “Şahdəniz”i var. Bu yataqlardan dənizin dibi ilə uzanan  borular təbiətin bizə bəxş etdiyi zəngin sərvəti dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçal terminalına gətirir. Azərbaycandan keçərək Gürcüstana, Türkiyəyə, oradan da Avropaya şaxələnən ixrac yolları da məhz Səngəçaldan başlanır. Bunlar Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, Transanadolu, Transadriatik qaz kəmərlərinin keçdiyi keçəcəyi yollardır.

Bütün bu qlobal layihələrin beşiyi başında Neft Daşları dayanır.Əgər Neft Daşları olmasaydı, Azəriolardı, Çıraq”, Bakı-Tbilisi-Ceyhan...” Ümummilli lider Heydər Əliyev belə demişdi. Ulu öndər Azərbaycanın gələcək meqalayihələrini hələ 1970-ci illərdə əvvəlcədən görərək Neft Daşlarını XX əsrdən XXI əsrə atılan körpü adlandırmışdı.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2017.-7 noyabr.- S.1; 6.