Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Zati-aliləri cənab
Donald Trampa
Hörmətli cənab
Prezident,
Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı
insan tələfatı
və yaralananlar barədə xəbər məni son dərəcə
sarsıtdı.
Bu faciəli
hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxınlarına, bütün
Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananlara şəfa
diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr
2017-ci il.
Azərbaycan.- 2017.-.7 noyabr-
S.2.