N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası”
Açıq Səhmdar Cəmiyyətinin Müşahidə
Şurasının sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Natiq Ərziman oğlu Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr
2017-ci il
Azərbaycan.- 2017.-7 noyabr.- S.2.