K.T.Nəbizadənin “Azərbaycan Sənaye
Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamran Telman oğlu Nəbizadə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr
2017-ci il
Azərbaycan.- 2017.-7 noyabr.-
S.2.