Gəncədə Əziz Əliyev adına mədəniyyət
və istirahət parkı şəhər sakinlərinin və
qonaqların ən sevimli məkanı olacaq
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə
görkəmli dövlət xadimi Əziz Əliyevin
adını daşıyan mədəniyyət və istirahət
parkının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.
Parkda
görkəmli dövlət xadimi Əziz
Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir.
Prezident İlham Əliyev abidənin önünə
gül dəstəsi qoydu.
Dövlətimizin başçısına parkda
yaradılan şəraitlə
bağlı məlumat
verildi. Bildirildi ki, ümumi
ərazisi 2 hektar olan park şəhərin
“Gülüstan” yaşayış
massivindəki Əziz
Əliyev prospektində
yerləşir. Bu istirahət məkanının
inşasına 2016-cı ilin
martında başlanılıb,
tikinti işləri
2017-ci ilin oktyabrında
başa çatdırılıb.
Parkın ərazisində yaşıllıq
zolaqları salınıb,
dekorativ gül kolları əkilib, geniş abadlıq-quruculuq
işləri görülüb.
Burada dörd fəvvarə quraşdırılıb.
Yeni istirahət məkanında
sakinlərin, eləcə
də uşaqların
asudə vaxtlarının
səmərəli təşkili
üçün hər
cür şərait yaradılıb. Bundan başqa, parkda
idmanla məşğul
olmaq üçün
imkanlar var. İstirahət
guşəsində 25 ədəd
müxtəlif idman qurğusu quraşdırılıb
və mini futbol meydançası inşa edilib. Parkın ərazisinə dekorativ
hasar da çəkilib. Bir sözlə,
bu park şəhər
sakinlərinin və Gəncəyə gələn
qonaqların ən sevimli istirahət məkanlarından biri olacaq.
Ölkəmizin ikinci böyük şəhəri
olan Gəncədə
istifadəyə verilən
Əziz Əliyev adına parkda
yaradılan şərait
və imkanlar şəhərdə gedən
inkişafın mühüm
elementi olmaqla ölkəmizdə həyata
keçirilən sosial
siyasətin mərkəzində
Azərbaycan vətəndaşının
dayandığını bir
daha təsdiqləyir.
Azərbaycan.-
2017.- 11 noyabr.- S.5.