“Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 130; 2005, ¹ 4, maddə 276; 2007, ¹ 5, maddə 401, ¹ 6, maddə 562, ¹ 11, maddə 1070; 2008, ¹ 11, maddə 960; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 4, maddə 276, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə 590; 2013, ¹ 7, maddə 790; 2014, ¹ 7, maddə 772, ¹ 12, maddə 1517; 2015, ¹ 11, maddə 1262; 2016, ¹ 3, maddə 406, ¹ 6, maddə 975; 2017, ¹ 4, maddə 521) aşağıdakı dəyişikliklər edilsin:
1. 32.1.6-cı maddədən “xarici valyutanın,” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 32.1.6-1-ci maddə əlavə edilsin:
“32.1.6-1. öz hesabına və ya müştərilərin hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.-12 noyabr.- S.3.