“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin fəaliyyətinin təşkil edilməsi məqsədi ilə qərara alıram:

1. “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 671; 2007, ¹ 12, maddə 1223; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 80, ¹ 7, maddə 622; 2012, ¹ 12, maddə 1273; 2016, ¹ 11, maddə 1826; 2017, ¹ 6, maddə 1072) təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturunun 2-ci hissəsinin yeddinci-on dördüncü abzasları müvafiq olaraq səkkizinci-on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

Probasiya xidməti (baş idarə səlahiyyətli)”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin kadr korpusunun formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçilərinin ümumi say həddini 65 ştat vahidi artırsın;

2.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görsün;

2.3.Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6.bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

3.1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin təşkil edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-12 noyabr.- S.2.