“Reklam
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq olunması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli
127 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 696-VQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 127 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 5, maddə 297; 2002, ¹ 8, maddə 487; 2005, ¹ 2, maddə 69; 2007, ¹ 6, maddə 605) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr
2017-ci il
Azərbaycan.-
2017.-12 noyabr.- S.2.