“Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” 2017-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr
2017-ci il
Azərbaycan.- 2017.-14 noyabr.-
S.2.